Interposta.Info

Dünən Bakını partladıblar: onlarla yaralı var

Ölkə
 1-01-2019, 12:36     10 505

Dövlət Gömrük Komitəsi Yeni il ərəfəsində ölkəmizdə satışı və istifadəsi qanunla qadağan edilmiş pirotexniki vasitələrin sərhəddə saxlanılıb, məhv edildiyi ilə bağlı dəfələrlə məlumatlar yaymışdı.

Bəs dünən Bakını "partladanlar" bu məhsulları necə əldə etmişdilər? Çox asan şəkildə...

Hər kəsə məlumdur ki, yeni il qabağı bütün metrostansiyaların çıxışında, şəhərin bütün ticarət mərkəzlərində pirotexniki vasitələrin açıq satışı həyata keçirilirdi.
O zaman sual olunur ki, qanunla qadağan olunmuş bu məhsulları ölkəyə keçirənlər kimlərdir? Yaxud qeyri-qanuni yollarla keçirmişdilərsə, açıq satış üçün icazəni kimlərdən almışdılar?

Bildiyiniz kimi ölkəmizdə bayramlarla əlaqədar bütün dövlət və özəl müəssisələrdə yanvarın 4-nə qədər qeyri-iş günüdür. Bu səbəbdən rəsmi qurumlardan cavab ala bilmirik.

Qeyd edək ki, son günün qısa mənzərəsi belədir: ölkənin müxtəlif yerlərində onlarla insan pirotexniki vasitələr səbəbindən xəsarət alaraq, Yeni ili xəstəxanalarda keçiriblər./qaynarinfo

İnterPosta.info
Dünən Bakını partladıblar: onlarla yaralı var

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26