Interposta.Info

Bütün qəhrəmanlar və əhvalat uydurmadır və reallıqla hər hansı bir əlaqəsi yoxdur.

Ölkə
 30-12-2018, 19:52     12 950

Başlanğıc
I hissə


Müharibədə əsas olan təkcə qələbə deyil, həm də insan olaraq qalmaq, həddi keçməmək və üz-üzə döyüşdüyün, qarşısında hər bir şeyi məhv edən, şərəf və ləyaqəti unudan heyvana çevrilməməkdir.Vətəndaş müharibəsi artıq beş il idi ki davam edirdi, halbuki analitiklər onun cəmi iki il davam edəcəyini düşünmüşdülər.Lakin bizim düşmən gözlədiyimizdən də güclü çıxdı. Nə qədər məhv olunmuş həyatlar, talelər. Müharibəyə sürüklənmiş gənc oğlanlar öz xalqının cəlladları oldular.Bu gün hər şey başa çatacaq. Haqq-ədalət zəfər çalacaq və torpaqlarımıza sülh qayıdacaqdır.
Mən, Yusuf İldırım,respublika ordusuna cəlladlar və satqınlar üzərində qələbə qazandıracağam, Respublikaya əmin-amanlıq və tərəqqi gətirəcəyəm. Beş il əvvəl düşünə bilərdimmi ki, mən 26 yaşında orduya rəhbərlik edəcəm?Xeyr! Bu heç mənim ağlıma da gəlməzdi. Əgər o həlledici gün olmasaydı.
******
Artıq neçə gün idi ki yağış sanki vedrədən tökülürmüşcəsinə yağırdı. Biz zabitləri və Respublika Təhlükəsizlik Nazirliyinin yüksək səviyyəli rəhbərliyini təcili iclasa çağırdılar. Bu məni təəccübləndirmədi, belə ki, təhlükəsizlik hər şeydən üstündür.Həmin o həlledici gün barədə danışmadan əvvəl, mən özüm haqqında danışım.
Mənim anam dövlət həyatında mühüm rol oynamış adlı-sanlı ailədən idi, atam isəvarlı tacir ailəsindən idi. Anam babamın istəyinin əksinə gedərək atama ərə getdi, o anama xəbərdarlıq edirdi ki, bu yaxşı nəticələnməyəcək, lakin anam onu dinləmədi. Sevgi sağlam düşüncə üzərində qələbə çaldı. Sevgi keçib getmişdi, yalnız bağlılıq qalmışdı.Mənim anam səbirli və müdrik qadın idi, övladlarının xatirinə onun bütün hərəkətlərinə dözürdü, lakin bir gün onun da səbri tükəndi.(On bir il əvvəl, o yalan maskasını çıxardı və özünün əsl simasını göstərdi. Öz həqiqi varlığını nəciblik və şərəf maskası altında gizlədən, zəif, heç bir bacarığı olmayan bir insan. Bu insan beş yaşlı oğlanın yadında bu cür qalmışdı. Mənim ad günüm idi, hamı sevinirdi, deyib gülürdü. Atam həmişəki kimi çox içdi,axmaq-axmaq danışmağa və özünü nəcib insana yaraşmayacaq şəkildə aparmağa başladı.Anam onu çağırdı. Onlar çıxdılar, təxminən on dəqiqə olmadılar. Mən zaldan çıxdım və onların arxasınca atamın otağına getdim. Otağın qapısı azca aralı idi. O, anamın üstünə qışqırırdı. Anam atam haqqında düşündüklərini ona dedikdə isə atam onu vurdu. Anam yerə yıxıldı. Mən otağa atıldım və əlimə keçən ilk şeyi,masanın üzərindəki kitabı ona tulladım və onu itələməyə çalışdım. Atam məni cındır adlandıraraq, üzümə zərbə vurdu. Mən onun sifətinə tüpürdüm. O, əlini qaldırıb məni vurmaq istəyəndə kimsə onun əlini tutdu və onu məndən kənara itələdi. Bu mənim babam idi.O, heç çəkinmədən atamı qovdu, növbəti gün anamla atam boşandılar. Anamın xahişi ilə babam atama toxunmadı, sadəcə şəhərdən qovdu. Artıq mən atam haqqında eşitmək istəmirdim. O mənim üçün ölmüşdü.
Onun valideynləri şəhərdə qaldılar, onlar bir-birinin tayı idilər.Onun atasıyaşlandıqca öz pullarını ağlına gələn anlaşılmaz ticarət işlərinə qoymağa başladı. O özünü «dahi tacir, Venetsiya tacirlərinin layiqli davamçısı» adlandırırdı.
Üzümlüklərin satın alınması, xalçaların toxunacağı xalça fabriklərinin qurulması. Orada məşhur rəsm əsərlərinin reproduksiyası, eləcə də üzərində reproduksiyalar olan yataq dəstləri və süfrə toxunurdu. Boşa xərclənmiş pullar. Mən həmişə Allaha yalvarmışam ki, O mənim ağlımı əlimdən almasın, ahıl çağımda onun kimi düşkün olmayım. Onun arvadı yaşlı cadugərbizim ailəmizə qarşı fitnə-fəsad qururdu,onun əri isə ona göz yumurdu. İnsan deyildilər. Heç bilmirəm onları necə adlandırım. Mən həmişə özümə bu sualı verirdim ki, necə olub mənim atam kimi alçaq və kompleksi bir adamın belə normal övladları dünyaya gəlib. Yəqin bu sual mənim üçün həmişəlik bir sirr olaraq qalacaqdır. Allah bir tərəfdən məni atadan məhrum etmişdi, digər tərəfdən çoxlarının həsəd apardığı hədiyyə - məni sevən və mənə dəstək verən ailə bəxş etmişdi.Biz xoşbəxt uşaqlar idik. Bizim üç anamız vardı: mənim anam, nənəm və xalam. Mən və kiçik qardaşım babamın yolu ilə getdik. Respublika Təhlükəsizlik Nazirliyinin Akademiyasını əla qiymətlərlə bitirdikdən sonra Respublika Təhlükəsizlik Nazirliyinin zabitləri olduq (o, mənim rəhbərliyim altında xidmət edirdi), ortancıl qardaşım isə Diplomatiya Akademiyasını bitirdi və müharibənin başlanmasına qədər Xarici İşlər Nazirinin köməkçisi olaraq xidmət etdi.Babam bütün ömrü boyu Respublika Təhlükəsizlik Nazirliyində xidmət etmiş və nazirin birinci müavininə qədər yüksəlmişdi. O, mənim on doqquz yaşım olanda həlak olmuşdu, evindən çıxanda snayper tərəfindən öldürülmüşdü. Nə qatili, nədə ki sifarişçini tapdılar. İyirmi yaşında mən akademiyanı bitirdim və məni Respublika Təhlükəsizlik Nazirliyində xidmətə götürdülər, xüsusi şöbəyə göndərdilər. Öz həyatım üçün qorxmayaraq, mən dərhal öz öhdəliklərimi yerinə yetirməyə başladım. Məni tapşırıqla, terror aktları hazırlayan radikal təşkilatın içinə daxıl olmaq üçün göndərdilər. Mən əla şəkildə bu tapşırığın öhdəsindən gəldim. Mən terrorçuların etibarını elə qazandım ki, onların bütün planları əlimə keçdi. Terror aktlarının qarşısı alındı, radikallar isə həbs olundu. Bunun ardınca bir neçə əməliyyat da oldu və mən onları uğurla həyata keçirdim. Vətən qarşısında xidmətlərimə görə mənə 22 yaşında Prezident tərəfindən mükafat təqdim olundu və xüsusi şöbənin rəis müavini vəzifəsinə təyin olundum. İndi, fikrimcə, həmin o həlledici günə geri dönmək olar. Başlanğıcda, iclas adi qaydada davam edirdi. Nazir rəislərin məruzələrini dinlədi, sonra ayağa qalxdı və danışmağa başladı:
- Mən də sizin kimi dövləti öz həyatım bahasına qorumağa and içmişəm.Hökuməti rüşvət bürüyüb. Bunu nə qədər prezidentə çatdırmaq istəsəm də, hamısı əbəs yerədir. O, həddindən artıq mərhəmətlidir və hər kəsin ikinci dəfə şans verilmə hüququnun olduğuna inanır.Mən prezidentə hörmət edirəm, amma bizim ulu babalarımızın və atalarımızın qurduğu respublikanı da sevirəm. Mənim generallarım və zabitlərim, mənə kömək edin. Biz hərbi çevriliş etməliyik. Prezidentə heç nə olmayacaq,biz onu və hökumət üzvlərini həbs edəcəyik. Bu, andımıza ziddir, lakin biz bunu etməliyik.Ya eşitdiklərindən, ya da nazirə cavab vermə qorxusundan hamı susurdu. Sakitliyi mən pozdum.
- Bizi sürüklədiyiniz şey, təkcə dövlətə qarşı deyil, həm də vicdana da qarşı cinayətdir. Siz respublikanı qorumaq və günahkarları cəzalandırmaq istədiyinizi bəhanə edirsiniz. Bəs siz özünüz yaxşısınız? Siz illərlə Respublikanın həm daxili, həm də xarici düşmənləri ilə mübarizə aparmısınız və özünüz də indi onlara bənzəyirsiniz. Siz ədalət deyil, hakimiyyət istəyirsiniz. Bütün bunlar sadəcə gözdən pərdə asmaqdır, siz bizim vəzifə borcu hissimizlə oynayırsınız və bizi qiyama səsləyərək bunu zəruri addım adlandırırsınız. Hər şeyi sülh yolu ilə, qan vətələfat olmadan, islahatlarla həll etmək olar və siz bunu bilirsiniz. Lakin bu sizin vecinizə deyil, siz hökmranlıq etməkvə hamını əlinizdə iplə oynatmaq istəyirsiniz. Bundan başqa sizə deyəcək heç bir sözüm yoxdur, bu işdə mən iştirak etmirəm.
- Siz hər şeyi dediniz?
- Bəli.
- Mən sizi daha saxlamayım.
Məni nə gözlədiyini dərk edərək, səssiz-səmirsiz zaldan çıxdım. Zabitlər və generallar qorxularından ona fikir bildirməyəcək və etiraz etməyəcəklər. Zaldan çıxdıqdan sonra, mən silahımı götürmək üçün şöbəmə yönəldim. Mən bilirdim ki, məni elə-belə buraxmayacaqlar.Mən şöbəyə daxil olanda iş yoldaşlarım mənim iclasdan belə tez gəlməyimə təəccübləndilər. Mən onlara hər şeyi danışdım və prezidentin yanına gedəcəyimi söylədim. Silahımı götürüb gedərkən dedim:
- Mən sizi arxamca gəlməyə məcbur etməyəcəm, seçim sizindir.
Çıxışda məni artıq beş əsgər gözləyirdi. Onlara yaxınlaşanda mən artıq silah qabından silahımı çıxarmağa hazırlaşırdım. Bunu gördükdə, əsgərlərdən biri mənə dedi:
- Bunu etməyin, bizə əmr verilib: tabe olmadıqda –atəş ... –
- Yerə yatın, Yusuf,- arxamdan səs gəldi və mən qeyri-ixtiyari olaraq əyildim. Atəş səsləri eşidildi və məni gözləyən hər kəs yerə yıxıldı. Geri çevrilib baxanda mən yoldaşlarımı gördüm.
- Sizi tək buraxacağımızı düşünmüşdünüz?
- Söhbət etmək vaxtı deyil, prezidenti xəbərdar etmək lazımdır.

******

Bizi təqib etmirdilər, hər hansı bir hadisə olmadan saraya çatdıq.Mən istənilən zaman prezidentin yanina gələ bilərdim, çünki onun mükafatlandırdığı bir qəhrəman kimi mənim buna hüququm çatırdı. Mən ona hər şeyi danışdım. O, oturmuşdu və susurdu. Bir neçə dəqiqədən sonra o, katibini çıxardı və əmr etdi.
-Məni müdafiə naziri ilə birləşdirin.
-Baş üstə.
Bir neçə dəqiqədən sonra katib geri qayıtdı.
- Təəssüf ki, sizi müdafiə naziri ilə birləşdirə bilmirəm, o cavab vermir.
- O da mənə xəyanət etdi.
- Bu mümkün deyil.
- Sən insanları yaxşı tanımırsan, Yusuf.
- O, bunu edə bilməzdi, cənab prezident. O ya öldürülüb, ya da xainlər tərəfindən həbs olunub.
- İndi artıq bu vacib deyil.
- İndi biz nə etməliyik?
- O bilir ki, sən mənim yanıma gəlmisən. Xain hər şeyi planlamışdır, çox güman ki, onun ordusu yaxınlıqdadır. O, onlarla birləşəcək və hücumla paytaxtı ələ keçirəcəklər.
- Xalqa müraciət edin. Xalq sizi sevir, sizi dəstəkləyəcəklər.
Prezident Şahin belə də etdi. O, meydanda çıxış etdi və xalq onun tərəfində idi. Döyüşün birini biz qazandıq. İndi paytaxt uğrunda döyüş qalırdı. Bizim sərəncamımızda milli qvardiya bölüyü, üç qrenader bölüyü, polis və yığma döyüşçülər vardı. Təxminən üç min adam. Bir neçə saatdan sonra xəbər gəldi ki, müdafiə naziri əsir götürülüb və paytaxta ən yaxın yerləşən ordu xainin tərəfinə keçib. Biz döyüşə hazırlaşırdıq. Əgər biz tab gətirə bilsək, xəyanəti beşiyindəcə boğa bilərdik.Mənə şərq divarının müdafiəsinə rəhbərlik etmək həvalə olunmuşdu. Paytaxtın müdafiəsinə imperatorun özü rəhbərlik edirdi.Məni və adamlarımıbölmələrin müdafiəsi üzrə zabitlər təyin etdilər. Hər şey sübh çağdan başladı. Əvvəlcə bizi artileriya atəşə tutdu, sonra isə döyüşə piyadalar qoşuldu.Biz bacardığımız qədər onların qarşısını almağa çalışırdıq. Biz hücum edənlərə çoxlu itki verdirdik, lakin qüvvələr nisbəti onların tərəfində idi. Mən döyüşün ən qızğın yerində vuruşurdum. Onlar geri çəkiləndə prezident əks-hücuma keçməyi əmr etdi. - Əsgərlər, əgər qismətimizdə ölmək varsa, türklərə yaraşan şəkildə ölməliyik. İrəli, mənim əsgərlərim! Döyüşə!
Əbəs yerə prezidenti Şir adlandırmırdılar. Biz, əsas qapılardan keçərək onun arxasınca irəli atıldıq və gördük ki, düşmən qaçır. Xainlər general Muradın başçılığı ilə bütün şərq ordusunun bizə köməyə gəldiyini görüb pərən-pərən oldular. Elə ondan öyrəndik ki, Respublikanın şərq bölgələri hökumətə sadiq qalmış, qərb bölgələri isə xainə sadiq olacaqlarına and içmişlər. Demək olar ki, beş saat ərzində ölkə iki qarşıduran hissəyə bölünmüşdü.
Prezident əsgərləri ətrafına topladı və danışmağa başladı:
- Bu gün biz qalib gəldik! Biz paytaxtımızı qoruduq. İndi bizim borcumuz respublikanı xainlərən azad etməkdir. Siz bizim ulu babalarımızın qurduğu dövlətimizi müdafiə etməkdə mənə kömək edəcəksiz ?
- Bəli!
- İki gündən sonra yola düşürük. Mən ordumuzu üç bölüyə bölürəm: birinə mən, ikincisinə Murad, üçüncüsünə isə xalqımızın köləyə çevrilməsinə imkan verməyən insan başçılıq edəcək. Yusuf, mənə yaxınlaş.
Mən ona yaxınlaşdım, o, əlini mənim çiynimə qoydu və danışmağa davam etdi.
-Bu gündən etibarən Yusuf İldırım üçüncü azadlıq ordusuna başçılıq edəcək.
Əsgərlər mənim adımı hayqırırdılar. Mən susurdum. Mənim sözüm yox idi. Bir neçə dəqiqədən sonra Şahin sultan əlinin hərəkəti ilə onları dayandırdı.
- Həlak olanları dəfn edin, yaralılarla maraqlanın, bir gündən sonra biz yola düşürük. Generallar orduları hazırlasın və zabitləri toplasın. Hamı azaddır. O mənə tərəf döndü və dedi:
- Sən öhdəsindən gələcəksən, oğul. Sənin zabitləri axtarmana ehtiyac yoxdur, onlar xüsusi şöbədən olan yetirmələrin olacaqlar. Ordunu hazırlamaqla məşğul olun.
- Necə buyurursunuz.
******
Hər şey hazır idi və bir gündən sonra biz yolda düşdük. Təpədə, atın üstündə mən ordumuzun şəhərdən necə çıxmasına baxırdım. Məndə heç bir qorxu hissi yox idi, çünki qələbəmizə və ordumuza inanırdım. Mən Respublikaya sülh, azadlıq və haqq-ədalət gətirəcəyəm.


II hissə: Nəticə


Rahatlıq-yalandır.
Yalnız ehtiras vardır.
Ehtiras güc verir.
Gücəzəmətverir.
Əzəmət zəfərlər gətirir.
Zəfərməndən qandalları qoparacaq.
Dryu Karpişin «Dart Beyn. 2-ci kitab»

İlk iki il müharibə dəyişkən uğurlarla davam edirdi. Müharibənin üçüncü ili uğur üzümüzə güldü. Müharibənin gedişində dönüş anı gəlib çatmışdı.Biz düşməni qərb ərazilərinin dərinliklərinə doğru qovmaqdaydıq. Muradın ordusu prezidentin ordusu ilə birləşdi. Nəhayət ki, bizə üsyanı yatırmaq imkanı yarandı. Xain öz adamları ilə birlikdə köhnə məbədin yaxınlığındakı düzənlikdə düşərgə saldı.Mən üzərinə getmək üçün imperatorun qoşununu gözləyirdim. Növbəti gün Şahin sultanın ordusu gəlib çıxdı.Mən ata mindim və zabitlərimlə birgə onun qarşısına getdim.Lakin məlum oldu ki, prezident onlarla deyil və ordunu bizə Murad gətirmişdi. O, dərhal mənə məktub verdi.Orada Şahinin möhrü vardı.
Mən məktubu açdım:
«Qanunların qəbulu üçün mən paytaxta geri qayıtmalı idim. Senat bunu etmək iqtidarında deyil. Mənim iştirakım lazımdır. Mənim ordum sənin rəhbərliyinə keçir.Mən sənə inanıram, qələbə ilə geri qayıt. Sən babanın layiqli nəvəsisən».
Mənim əsgərlərim sıraya düzülmüşdülər və əmri gözləyirdilər.Mən atın üstündə oturmuşdum və düşmənin qoşununa baxırdım. Onlar sayca bizim ordudan üstün idilər, lakin biz daha təcrübəli idik və sona qədər döyüşməyə hazırdıq. Xain öz əsgərlərini bizim üstümüzə sürdü. Mən qılıncı qınından çıxardım. Onlar satqın olsalar da, bizim damarlarımızda eyni qan axır. Bu gün artileriyanın atəşi və zərbələri olmayacaq, hər şey təmiz döyüşdə, qılıncla həll olunacaq.
- Əsgərlər, qardaşlar, bu gün hər şey başa çatacaq, biz qalib gələcəyik. Ölümdən qorxmayın, bizə qarşı qardaşlarımızın döyüşdüyünü düşünməyin. Onlar əllərinə silah aldıqları və xalqa qarşı çıxdıqları vaxtdan bəri artıq qardaş sayılmırlar. Siz mənimləsiniz?
- Bəli!
- Döyüşə!
Biz düşmənin üzərinə yürüdük. Bu qanlı döyüş idi. Hər kəs başa düşürdü ki, hər şey burada və indi başa çatmalı idi. Mən onun kimi öz əsgərlərimlə birgə döyüşürdüm. Və budur, biz onunla şərəf döyüşündə qarşı-qarşıya gəldik.Əsgərlər bizim üçün yer boşaltdılar. Kim məğlub olarsa, onun ordusu təslim olacaqdı. Mən onun üzünə baxırdım.
- Hə, xüsusi şöbənin rəis müavini. Hər şey burada başa çatacaq.
Birinci zərbəni o endirdi. Mən onun zərbəsini dəf etdim və hücuma keçdim. O, dalbadal zərbələri dəf edirdi. Mən başa düşürdim ki, o mənim yorulmağımı istəyir. Geri əyilərək, mən ona özümü elə göstərdim ki, sanki nəfəsim çatışmır. Keçmiş Təhlükəsizlik Naziri üstümə atıldı, onun iki hücumundan sonra mən onun yan tərəfinə qılıncı sancdım və itələdim. O, yerə yıxıldı və hərəkətsiz qaldı. Onun gözlərində nə qorxu, nə də nifrət vardı. Əsgərlər silahlarını yerə atmağa başladılar. O mənə baxdı və dedi:
- Bizim həyatlarımız sənin əlindədir, Yusuf.
******
Biz qalib gəldik. Mən yaralıların hərbi hospitala daşınması, ölənlərin dəfn olunması, əsirlərə normal şəraitin yaradılması üçün əmr verdim. Ertəsi günordumuzun zəfərlə paytaxta geri dönməsindən əvvəl mən onun yanıma gətirilməsi üçün əmr verdim.
Və budur, o qandallanmış vəziyyətdə qarşımda dayanır.
- Ondan qandalları çıxarın. Və qapıda gözləyin.
O, mənə baxırdı. Onun gözlərindəki alov sönmüşdü. Qarşımda əziyyət çəkmiş əlli yaşlarında bir kişi dayanmışdı.
- Sən gözlədiyimdən də artıq çıxdın, Yusuf. Əsgərlərdən ibarət orduya rəhbərlik edən və onu ölməzlər ordusuna çevirən cavan oğlan.Sən layiqli şagirdsən, mən səninlə fəxr edirəm.
- Mən sizin şagirdiniz deyiləm. Siz dövlətə və xalqa xəyanət etdiyiniz vaxtdan bəri mənim müəllimim deyilsiniz.
- Səhv edirsən. Mən sadəcə özüm də bilmədən Şahinin əlində alət idim.
- Siz nə haqqında danışırsınız?
- Şahin mənim çevriliş hazırladığımı bilirdi.
- О, bunu edə bilməzdi.
- Şahin əla aktyordur.
- Bu onun nəyinə lazımdır?
- О bilirdi ki, hökuməti korrupsiya bürüyüb, nazirlər, senatorlar və məmurlar ağıllarına gələn hər şeyi edirlər.O, bir nəfəsə hamını məhv etdi və mən onun əlində silah oldum. Yusuf, biz onun qurduğu oyunda əlində oyuncaq olduq.
- Mən daha sizi saxlamayacam. Əsgərlər, onu aparın.
Bir neçə dəqiqədən sonra hücum dəstələrinin komandiri, mənim qardaşım Teymuryanıma gəldi.
- Generalım, sizin vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən sizinlə danışmalıyam, bu məsələ gözləyə bilməz.
- Rəsmi olmadan da danışa bilərsiz, qardaş. Nə baş verib?
- Düşmən ordusu təslim olanda, cərimə dəstələrinin zabitləri bizə əsir düşdü və onları nəyin gözlədiyini siz bilirsiniz.
- Bəli. Onları güllələyəcəklər, qardaş, bu alçaqlara görə niyə narahat olursunuz ki? Onlar kiçikdən böyüyə dinc əhalini məhv edərək qırğın törətmişlər.
- Mən hər şeyi başa düşürəm. Amma onların arasında…
- Onların arasında kim var? Hər şeyi olduğu kimi söylə.
- Sən bilirsən, atamız ailədən qovulanda mənim bir yaşım vardı. Mən onun necə göründüyünü xatırlamıram.
- Bizim babamız da, atamız da İbrahim olub, olacaq. O bizi böyüdüb və bizim üçün hər bir şey edib. “Bizim atamız” isə sadəcə bizim doğulmağımız üçün genetik material oldu.Biz heç vaxt ona lazım olmamışıq, qardaş. Biz niyə bu söhbətə qayıdırıq? Və bir də bunun cəza dəstəsinin zabitlərindən biri ilə nə əlaqəsi var?
- Komandirlərdən biri atamız olduğunu deyir və onu qəbul etməyini xahiş edir.
- Atamız bizə üç dəfə xəyanət edib. Birinci dəfə anamıza əl qaldıranda, ikinci dəfə, anamız ağır əməliyyatdan sonra xəstəxanada yatırdı. Sən o zaman Qərbdə kursda idin, sənin bəxtin gətirdi, üç gün sonra gəldin və sən qalmaqalın şahidi olmadın. Ağır əməliyyatdan sonra o üzr istəmək üçün xəstəxanaya gəldi, ancaq məni mübahisəyə təhrik edirdi.Mən dözürdüm, onun təhriklərinə reaksiya vermirdim, lakin necə deyərlər əsl sima özünü göstərdi. Onu ata adlandırmağa dilim gəlmir. O, ağır əməliyyatdan sonra xəstə adamın yanında qalmaqal yaratdı və anamı əsəbi hala gətirdi, onda mən onu az qala öldürəcəkdim.Bəlkə də öldürmək lazım idi. Üçüncü xəyanəti isə budur, o öz xalqının cəlladı oldu.Bu çox güman ki odur, bu onun tərzidir.
- Qardaş, o bizim atamızdır.
- Özünə gəl, Teymur! O bizim atamız deyil və heç vaxt da olmayıb! Qorxaq! Satqın! Və sən hələ istəyirsən ki, mən onu xilas edim?! Biz bu ölkəni onun üçün xilas etmişik ki, xainlər yaşayıb şadyanalıq etsinlər?!
- Siz həmişəki kimi haqlısınız. Nə etməyi əmr edirsiniz?
- Xain xaindir və onun sizinlə eyni qandan olmasının heç bir əhəmiyyəti yoxdur. Yadda saxla, bizim qohumlardan kimsə xain çıxarsa, mən onu məhv edəcəm. Xainlər üçün hökm hər zaman eynidir – ölüm.Prezidentin göstərişinə əsasən cəza dəstələrinin zabitlərini yerindəcə, məhkəməsiz güllələyirlər. Hər şey aydındır?
- Eşitmirəm, hücum dəstələrinin komandiri?!
- Oldu, General.
- Yadda saxla, qardaş, ata o adamdır ki, işdən sonra boş vaxtı olanda sənin yanındadır, sənin üçün çətin olanda və o sənə lazım olanda yanındadır. Bax, ata odur, bayramda ancaq içki içən çirkin adam deyil. Ata o adam deyil ki, heç bir şey etmir, sənin ananı əsəbi hala gətirir, çətin anında gözdən itir, sonra isə yenidən ortaya çıxır və geri gəlmək istəyir, bütün bunlardan sonra isə o düşünür ki, qocaldıqda sən onunla birlikdə olacaqsan. Ata və ana – böyük məsuliyyət daşıyan iki mürəkkəb sözdür.
- Mən hər şeyi başa düşdüm, zəiflik göstərdiyim üçün məni bağışlayın. İcazənizlə gedim və əmrinizi yerinə yetirim.
- Gedin.
Cəza dəstələrinin zabitlərini güllələdilər, həmin adam həqiqətən bizim atamız idimi, bu məni maraqlandırmırdı. Biz Teymurla bunu bir daha yada salmadıq.
******
Biz paytaxta qayıtdıq. Xalq öz qəhrəmanlarını və xilaskarlarını qarşılayırdı. Qələbənin şərəfinəxalq gəzintiləri və şadyanalıq təşkil olundu.Mən yalnız bir şey istəyirdim – həqiqəti öyrənmək. Prezident müharibə qəhrəmanlarını medal və ordenlərlə mükafatlandırırdı. Sonra isə ziyafət verildi. Prezident məni öz kabinetinə çağırdı. Sonuncu dəfə mən burada 5 il əvvəl olmuşdum. Burada heç nə dəyişməmişdi. O, kresloya əyləşdi və mənə də yanaşı kresloya əyləşməmi təklif etdi.
- Afərin sənə, Yusuf. Sən qəhrəmansan, amma niyə sənin üzündə kədər var? Sən qalib gəldin. Sən dövləti xilas etdin.
- Mən öz borcumu yerinə yetirmişəm. Məni bir məsələ narahat edir.
- Hansı?
- Nazirin əsir alınmasından sonra.
- Onu bir daha belə adlandırma. O, xain və hərbicinayətkardır.
- О mənə dediki, siz bilirdiniz.
- Nəyi bilirdim?
- Hazırlanan çevriliş barədə, və bununla da siz nəinki onu, eləcə də bütün düşmənlərinizi boğdunuz.
- Özümküləri yox, dövlətin düşmənlərini.
- Paytaxta gələrkən yolda eşitdim ki, siz çoxlu qanunlar çıxarmısınız və onların bəzilərində siz azadlığı məhdudlaşdırırsınız.
- Hər bir kəsdə azadlıq anlayışı özünə aiddir və hər bir kəs onu düşündüyü kimi başa düşür.
- Nəqədər tələfat. Bununla siz necə yaşayacaqsınız?
- İnsan hər şey əldə edə bilər,əgər o, qurban verməyə hazırdırsa. Vətəndaş müharibəsi rifah naminə bizim verdiyimiz qurbandır. Respublikaya yenidən dirçəlmə lazım idi və o bunu əldə etdi, vicdanımla isə mən yaşayacam.
- Oğul, hakimiyyət –dövlət başçısının daşımalı olduğu yükdür. O qərar verməlidir ki, hakimiyyət onun nəyinə lazımdır, özünün şəxsi varlanması üçün yoxsa ölkəsinin müdafiəsi, çiçəklənməsi və şöhrətlənməsi üçün.Hakimiyyətdə olmaq çətindir, lakin başa düşmək lazımdır ki, sən ölkənə, xalqına, Vətəninə lazımsan. Xalq öz ölkəsinə bütünlüklə sadıq olan və öz xalqının və dövlətinin rifahı üçün hər şey edən rəhbəri sevir və hörmət edir. Xalq–elə bir gücdür ki, onsuz dövlətin mövcudluğu mümkün deyildir. Yaşadolduqcamənibaşadüşəcəksən. İndi isə get dincəl, üç gündən sonra yeni vəzifəyə, Müdafiə Naziri kimi işləməyə başlayacaqsan. Sən mənim xoşuma gəlirsən, Yusuf, sənin xarakterin və gücün var.Sənin üçün dövlət və xalq birinci sıradadır. Mən bilirəm, təəssüf ki atan olan şəxslə bağlı sən nəyi qurban vermisən. İnsan ümumi işin xeyrinə qurban verməlidir. Tərəqqi təkan və ya qurban tələb edir. Vətəndaş müharibəsi dövlətimizin inkişafı naminə verdiyi qurban oldu. Bizim babalarımız və ulu babalarımız Respublikanı qurdular, biz isə İmperiyanı quracağıq.
- Oldu, Cənab.
- Siz azadsınız.
******
Keçmiş nazir məhkəmə qarşısına çıxdı. O, heçnəyi inkar etmədi və öz günahını etiraf etdi. Məhkəmənin qərarı ilə o güllələnməyə məhkum olundu. Generalları da eyni aqibət gözləyirdi. Bir neçə zabitə ömürlük həbs cəzası verdilər, daha ağır hərbi cinayətlərə görə isə güllələnmə hökmü verildi. Yaşa dolduqca mən prezidenti və onun niyə belə addım atdığını başa düşməyə başladım. Bizim qurbanlar gələcək nəsillərin rifahı naminə verildi.Təkamül təkan tələb edir və biz Respublikanın İmperiyaya çevrilməsi üçün təkanverici qüvvə olduq.


III hissə.
Alçalmış mələk
Bu dünya xaos üzərində qurulub.Uşaq dünyaya gəlir, böyüyür, oxuyur və öz həyat yolunu qurmağa başlayır və bu zaman da xaos yaranır, nə zaman ki o tanınmağa, hörmət görməyə və hakimiyyət əldə etməyə çalışır, öz yeri üçün mübarizə edir, bunda kiminsə daha çox, kiminsə daha az bəxti gətirir. Bir çox hallarda gələcəyi o insanlar korlayır ki, hansılar ki sadəcə sənin potensialından qorxurlar və öz qəlblərinin dərinliklərində sənin onları üstələyəcəyinin qorxusundan sənə kömək etmək istəmirlər. Şəxsiyyətli insanlar bütün bunlara tab gətirə bilərlər, zəiflər isə öz həyat yollarının başlanğıcında itib gedirlər. Baxmayaraq ki, çoxları şöhrət və tarixdəki yerinin əvəzinə yalnız var-dövlət və rahatlıq arzulayırlar, bunlar hakimiyyət qarşısında əhəmiyyətsiz qalır, belə ki, hakimiyyət hər şeyi dəyişir, onu əldə etməklə sən hər bir şeyi bir-birinin ardınca ala bilirsən. Bütün bunlar böyük həyata addımlayan uşaqda olduğu kimi, çətin mübarizə şəraitində müstəqillik əldə edən, respublika olan və imperiyaya çevrilən dövlətdə də meydana gəlir. Bu da sizin üçün xaosun müsbət tərəfləri. Bu bizimlə baş vermişdi. İlk addımlarını atmaqda olan və eyni zamanda rüşvətxorluğun məngənəsindəki respublika bir xaos anında imperiyaya çevrildi. Biz vahid respublika üçün çarpışırdıq və bilmirdik ki, bütün bunlar başqa bir şeyə çevriləcək. Mən, Yusif İldırım, respublika ordusunun generalı, hal-hazırda isə Respublikanın Müdafiə Naziriyəm. Biz düşünürdük ki, bütün bunlar vətəndaş müharibəsi ilə başa çatacaq, lakin belə olmadı. Qələbədən sonra mən öyrəndim ki, bütün bu xaos hər bir şeyin dəyişdirilməsi üçün planlaşdırılmışdı. Beləcə, dövlətlər arasında yarım əsrlik sülh dövründən sonra birinci imperiyanın yeni tarixi başladı. Müharibənin başa çatmasından iki il ötmüşdü. Respublikada hələ vətəndaş müharibəsi vaxtından islahatlar gedirdi. Hər şey sürətlə bərpa olundu, çox çətin ki kimsə cəmi iki il ərzində hər bir şeyi bərpa edə bilərdi. Verdiyimiz bütün qurbanlar hədər yerə deyildi, baxmayaraq ki, müharibə qurtardıqdan sonra mənə Prezidentlə razılaşmaq çətin idi, lakin o haqlı idi. Bu söhbət bütün mənim həyatımı dəyişdi: «İnsan ümumi rifahın xeyrinə qurban verməlidir. Tərəqqi təkan və ya qurbanlar tələb edir. Vətəndaş müharibəsi dövlətimizin inkişafı naminə bizim verdiyimiz itki oldu». Bu sözlər həyatımı tamamilə dəyişdi. Müharibə isə Dövlət Təhlükəsizlik Nazirliyinin Xüsusi Şöbəsinin rəis müavini, daha sonra Respublika Qurtuluş Ordusunun generalı, müharibədən sonra isə Müdafiə Naziri olaraqmənim həyatımın əsas sınağı oldu. Və bütün bunlar xaos zamanı baş verdi. Mən heç bir şeyə görə peşman deyiləm, bu ona dəyərdi. Dövlətə təkan lazım idi və bu baş verdi. Vaxtımın böyük hissəsini ordunun islahatı ilə məşğul olaraq nazirlikdə və hərbi hissələrdə keçirirdim. Keçmişdə mənim himayəmdə olan qardaşım Dövlət Təhlükəsizlik Nazirliyinin bütünlüklə dəyişdirilməsi ilə məşğul olmağa başladı. Ortancıl qardaşım da Xarici İşlər Nazirliyində xidmət edirdi, uzun müddət idi ki bizim əlaqəmiz yox idi. Əgər Teymurla biz hər zaman birlikdə idiksə,Bəyazid ilə hər şey əksinə idi. O həmişə bizdən fərqlənirdi: qapalı, möhkəm iradəli, ağıllı, ailəsinə və dövlətinə sadiq, hər zaman göz önündə olan, amma eyni zamanda da qapalı və tənha biri idi. Biz Dövlət Təhlükəsizlik Nazirliyinin Akademiyasına imtahan verən zaman onunla nə isə baş verdi, Bəyazid son imtahandan keçə bilmədi, lakin o, ruhdan düşmədi və vaxt itirmədən sənədlərini Diplomatiya Akademiyasına verdi, ekstern olaraq oradan məzun oldu və dərhal Xarici İşlər Nazirinin müşaviri təyin olundu. Müharibədən sonra biz vaxt çatışmamazlığından nadir hallarda görüşürdük. O, boş vaxtlarında anamıza baş çəkirdi, öz qardaşları ilə görüşdən isə qaçırdı. Öz ailəsini sevən, mehriban oğlanla nə baş verə bilərdi?Həmin o imtahandan sonra onunla nə baş verdi? Yəqin ki bu mənim üçün bir sirr olaraq qalacaqdır.Mən öz kabinetimdə oturmuşdum və düşüncəyə dalmışdım, bu zaman Prezidentin katibi mənə zəng etdi və dedi ki, rəhbər sizi saat 15:00-da görmək istəyir. Əgər Prezident məni görmək istəyirsə, demək nəsə ciddi bir məsələ var.
*****
Mən hər dəfə Prezident Sarayına gələndə mərhum Dövlət Təhlükəsizlik Nazirinin iclas zamanı çevrilişin zəruriliyini bildiryi o ağır günü xatırlayıram. Mən ona qoşulmaqdan imtina etdim və o, məndən iclas zalını tərk etməyimi xahiş etdi.Bundan sonra isə nazirlikdə atışma, Prezidentin xəbərdarlığı (indi çatmaqda olduğum həmin bu Sarayda), paytaxt uğrunda döyüş və vətəndaş müharibəsi. Düzdür təkrarçılıq edirəm, amma bu ona dəyərdi. Saray zərrə qədər də dəyişməmişdi, Şahin orada heç nə dəyişməmişdi. Sarayın gözəlliyi onun sadəliyində idi. Məni Prezidentin kabinetinin qarşısındakı gözləmə zalına apardılar. Çox gözləmək lazım olmadı və bir neçə dəqiqədən sonra o məni qəbul etdi. Katib mənə yaxınlaşdı və kabinetə apardı.
*****
Biz otağa daxil olanda, Prezident masanın yanında dayanmışdı və xəritələri nəzərdən keçirirdi.
-Salam Yusif.
Mən ona hərbi salam verdim və əlini sıxdım.
- Necəsən, oğul?
-Hər şey qaydasındadır, cənab Prezident.
-Biz danışmışdıq axı, sən mənə adımla müraciət edə bilərsən.
-Necə istəyirsiniz, Şahin.
-Orduda vəziyyət necədir?
-Hər şey öz qaydası ilə gedir, simurq öz külündən doğulduğu kimi, bizim ordumuz da o cür. İki il ərzində biz ordunu tamamilə yenidən qura bilmişik.
-Bəs xüsusi qoşunlar?
-O cümlədən, onları da.Ümumi hücum zamanı problemlər meydana gəlməsin deyə, biz müntəzəm qoşunlarla, eləcə də Respublika Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin qoşunları ilə birgə təlimlər keçirmişik.
-Sən də mərhum baban kimi fərqli düşünə bilirsən. Bu heç kimin ağlına gəlməmişdi.Afərin Yusif.
-Mən öz borcumu yerinə yetirirəm, Şahin. Siz mənə güclü ordu qurmağı tapşırmısınız və mən də buna doğru gedirəm.
-Sən artıq bunu etmisən. Mənim baş analitikim artıq sənin işin haqqında mənə hesabat verib və biz belə bir qənaətə gəldik ki, gələn ilin əvvəlində qəfil hücumla biz Qərbdə olan torpaqları ələ keçirə bilərik.
-Sizin baş analitik?
-Bəli, o yoldadır və sən onunla tanış olacaqsan. O, bir azdan burada olmalıdır….
Bu zaman qapı döyüldü və katib otağa daxil oldu.
-Bağışlayın ki, sizi narahat edirəm. О burdadır.
-Onu bura gətirin.
-İndi sən onunla tanış olacaqsan, Yusif. Baxmayaraq ki, siz artıq tanışsınız. Sən onu uşaqlıqdan tanıyırsan.
-Tanışıq?
Prezident gülümsədi və heç nə demədi. Bu zaman qapı döyüldü və o açıldı. Mən arxası qapıya dayanmışdım, çevriləndə yerimdə dayandım və təəccübümü gizlədə bilmədim, qarşımda Bəyazid dayanmışdı. Mənim kiçik qardaşım. İki il idi ki, mən onu görmürdüm və əgər Prezident onu uşaqlıqdan tanıdığımı deməsəydi, mən onu tanımazdım.
*****
Bəyazid otağa daxil oldu. O, qara forma geymişdi, çünki baş analitik vəzifəsi hərbi xidmətə bərabər tutulurdu. Fərq onda idi ki, o birbaşa Prezidentə tabe idi.Onun formasında mayor rütbəsi nişanları gözə çarpırdı. Hərçənd onlarsimvolik idilər, o yalnız Prezidentə tabe idi və generallarla, Prezident Administrasyasının işçiləri ilə bərabər şəkildə ünsiyyət saxlaya bilirdi.
-Cənab Prezident, Nazir.
-Rəsmiyyətə ehtiyac yoxdur, Bəyazid.
-Necə istəyirsiniz, Şahin.
Mən öz təəccübümü gizlədə bilmirdim, mənim qardaşım Prezidentin baş analitiki idi. Mən qürur hissi keçirirdim, amma eyni zamanda da təəccüblənirdim ki, qardaşım mənimlə soyuq salamlaşdı, baxmayaraq ki, o məni bir neçə ildir görmür. -Təəccüblənirsən ki, qardaşın nazirin müşaviri yox, mənim baş analitikimdir? O da sənin kimi istedadlıdır. Diplomatiya Akademiyasını bitirdikdən sonra o, bir müddət Xarici İşlər Nazirliyində işlədi, bir gün isə paytaxt uğrunda döyüşdən əvvəl o mənə yaxınlaşaraq bizdə dövlət çevrilişinin gözlənildiyini bildirdi və hər şeyi xırdalığına qədər izah etdi. Gənc oğlan təhlükəni hiss etdi, məni və ölkəni xilas etdi. Mən fırtına olacağını hiss edirdim, lakin bu miqyasda olacağını gözləmirdim, Bəyazid isə bunu qabaqcadan görə bildi, bundan sonra o mənim yanımda oldu və biz birlikdə vətəndaş müharibəsini qazandıq. Qəribədir, sən bunu bilməyə-bilməyə, Yusif, öz qardaşın ilə çiyin-çiyinə döyüşmüsən. Sən döyüş meydanlarında, o isə mənimlə birlikdə paytaxtda senat və məmurlarla çarpışırdı. Bağışla ki, mən sənə bu barədə deməmişdim, bu ana qədər heç kim mənim baş analitikimin kim olduğunu bilməməliydi.
-Mən hər şeyi başa düşürəm, Şahin.
-İndi isə, Bəyazid, ulu babalarımızdan birinin şimal qonşularımıza bağışladığı torpaqların birləşdirilməsi ilə bağlı bizim plan haqqında qardaşına danış.
-Necə buyurursunuz.
-Bildiyiniz kimi, cənab Prezident və hörmətli Nazir, bizim qonşularımız tamamilə bizdən asılıdırlar. Biz, Şimal-Şərq Federasiyasını blokadaya aldıqdan sonra demək olar ki hər bir şeylə onları təchiz edirik. Bu sözü deməyə çəkinmirəm, onlar bizim köləmizdirlər. Lakin biz onlara hücum edə bilmərik. Beynəlxalq təşkilatlar və okeanın o tayındakı dostlar dərhal bizim üstümüzə atılacaqlar. Bizim güclü ordumuz var, lakin indi bizə bütün dünya ilə döyüşmək lazım deyil. Bu dəfə biz hər şeyi daha ağılla edəcəyik.
-Bu mənim sevdiyim hissədir, Yusif, davam et Bəyazid.
- Münaqişə baş verəcək, daha sonra isə xaosa çevriləcək. Polis bizim həmvətənimizə hücum edəcək və təsadüfi şəraitdə o həlak olacaq. Xalq küçələrə çıxacaq və haqq-ədalət tələb edəcək. Siz axı bizim şimal qonşularımızı tanıyırsınız, onlar özünkünü müdafiə edəcək, amma bizimkilər onların vətəndaşı olsa belə istənilən halda ikinci plandadırlar. Polislə ardıcıl toqquşmalar, piketlər və tətillər, vətəndaşlar arasında itkilər olacaq və bu zaman münaqişəyə biz daxil olacağıq. Şimal Senatında həmvətənimiz olan deputat neytral tərəfdən nizam-intizamın təmin olunmasını tələb edəcək, belə ki, hakimiyyət bu işin öhdəsindən gələ bilmir, biz isə Birləşmiş Millətlər Təşkilatının üzvü olaraq sülhməramlılar kimi qayda-qanunun təmin edilməsi üçün daxil olacağıq, bunun üçün on min əsgər kifayət edər. Və siz, Nazir, əsgərləriniz ilə qayda-qanun yaratmağa çalışdığınız zaman, həmin deputat muxtariyyət, şimal dövlətindən ayrılma və bizim respublikaya birləşmə ilə bağlı referendum tələb edəcək.
-Əla.
-Minnətdaram, cənab Prezident.
-Sənin sualın var, Yusif?
-Məndən tələb olunan hər bir şeyi edərəm, Bəyazid,lakin məni iki sual maraqlandırır.
-Hansılar?
-Birincisi, buna dünya ictimaiyyəti necə reaksiya verəcək? Və ikinci sual. Düzdür, bu sual daha çox sənə aiddir, qardaş.
-Bunu cənab Prezident və mənim öhdəmə burax.
-Yaxşı, bəs sənin ikinci sualın nə idi?
-Dinc insanların ölümü sənin vicdanına yazılacaq. Sən bununla necə yaşayacaqsan, qardaş?
-Mənim vicdanıma görə narahat olma. Bu qurbanlar ümumi rifah naminədir, sən öz vicdanına görə narahat ol.
-Mübahisə etməyək. Bizi böyük işlər gözləyir, siz təkcə öz Vətəninizin böyük oğulları deyil, həm də qardaşsınız. Mənim nə qardaşım, nə də bacım olub, bunun qiymətini bilin.
-Necə buyurursunuz, Şahin.
Hər ikimiz bir ağızdan dedik.
-Ölkənin gələcəyi bizdən asılıdır. Mən bu planı tam şəkildə qəbul edirəm.Sizi daha saxlamayacam. Mən vergi və təhsil naziri ilə görüşməliyəm, siz isə gedin, çox şeyi müzakirə etməlisiniz.
Biz Prezidentlə sağollaşdıq və kabineti tərk etdik.

*****
Biz səssiz-səmirsiz Bəyazidin kabinetinə qədər getdik. Məni qardaşımla bağlı fikirlər düşündürürdü.Qardaşım çox dəyişmişdi və məni görəndə sevinmədi. Biz onun kabinetinə daxil olduq. Kabinet mənimkindən heç nə ilə fərqlənmirdi. Bu bizim ümumi cəhətimiz idi, sadə və dəbdəbəsiz.
-Əyləş, Yusif.
-Təşəkkür edirəm.
Mən oturmuşdum, ona baxırdım vəinana bilmirdim ki, bu mənim qardaşımdır. O, həmişə sakit, səssiz olub və kəskin dəyişikliklərdən qorxub.
-Mənim bu qədər yüksələ bildiyimə təəccübləndin, qardaş? Sənə maraqlıdır ki, sənin sakit və zəif qardaşın nə oldu?
-Sən heç vaxt zəif olmamısan.
-Yox, mən zəif olmuşam və mənim zəifliyim ailəmin mənə dəstək olacağına inanmağım idi.
-Biz həmişə sənin yanında olmuşuq.
-Yusif, mən səni, Teymuru və anamızı nəzərdə tutmuram. Mən hər zaman böyük babamızı bizim beynimizə yeridən adamdan bəhs edirəm.
-Belə danışma, o bizi sevirdi.
-Səni hə, bəlkə Teymuru da, amma məni yox. Sən onun üçün qızıl uşaq idin, mən isə kölgədə idim. Başqa şey düşünmə, mən səni sevirəm, qardaş. Sənə qarşı nifrət bəsləmirəm. Bu sənə nə qədər kobud görünsə də, onun ölümü məni xilas etdi.
-Bəyazid, sən necə…
-Sakitləş, Yusif, o həmişə məndən qorxub. Onda belə bir qorxu var idi ki, mən ondan güclü ola bilərəm və belə də oldu.
-Sən düz danışmırsan.
-Mən düz danışıram. O heç vaxt mənə kömək etməyib. Mən ondan nəsə xahiş edəndə, o “yaxşı” deyirdi və etmirdi.On altı yaşından mən Xarici İşlər Nazirliyində təcrübə keçmək istəyirdim,o “yaxşı” dedi və etmədi, mən Birləşmiş Millətlər Təşkilatında səfirin köməkçisi vəzifəsinə müraciət etmək istəyəndə, o yenə də “oldu” dedi və heç nə etmədi. Səbr kasamı daşıran sonuncu damcı isə Respublika Təhlükəsizlik Nazirliyi nəzdindəki Akademiya oldu.(-)Bəyazid, sən axı məndən az bal toplamışdın.
-Xeyr, Yusif. Biz də belə düşünürdük, Diplomatiya Akademiyasına daxil olanda mən prorektorum ilə dostlaşdım, onun dostu isə Respublika Təhlükəsizlik Nazirliyi nəzdindəki Akademiyanın qəbul komissiyasında işləyirdi. O mənim test cavablarıma baxdı.
-Orada nə var idi ?
-Yusif, mən yüz bal toplamışdım, səndən və digərlərindən də yaxşı.
-Yaxşı, mən sənə inanıram ki hər şey dediyin kimi olub, lakin onda səni niyə qəbul etmədilər?
-Bu insan vətəndaş müharibəsini qazanmışdı və o müdafiə naziri idi. Yusif, o bunu istəmirdi.
-Bu ola bilməz.
-Ola bilər, qardaş, ola bilər. Babamız həmişə eqoist olub və qorxurdu ki, ondan üstün ola bilərəm və sevimli nəvəsi,onun dili ilə desək Yuska kölgədə qala bilər, mən isə onun vecinə deyildim. Amma o bir şeyi nəzərə almamışdı, mən hər zaman qoyduğum məqsədlərə nail oluram. Mən onun günahkar olduğunu biləndə özümə söz verdim ki, nəyin bahasına olursa olsun ondan üstün olacam və belə də oldu. Və bununla da kifayətlənməyəcəm.
Mən oturmuşdum və onu dinləyirdim, inanmağım gəlmirdi ki, bütün bu olanlarda babamız günahkardır. Bəlkə də, mən sadəcə bunu görmək istəməmişəm.
-Yusif, bunda sənin günahın yoxdur, belə sifətlə oturma. Mən bilirəm ki, sən mənim kəsildiyim imtahan haqda eşidəndəbabamıza rica etdin ki, mənim qəbul olunmağım üçün xahiş etsin. Amma mən inad etdim, axı mən heç kimdən heç nə xahiş etmirəm.
-Qardaş, mən sənin incikliyini başa düşürəm, amma ona nifrət etmək lazım deyil.
-Mənim buna tam haqqım var. Bilirsən qardaş, əgər o ölməsəydi, nə sən, nə Teymur indi nazir olmazdınız. Qoca İbrahim öz eqoistliyinə görə buna imkan verməzdi.
-Bəyazid.
-Sən istədiyin hər bir şey barəsində düşünə bilərsən, Yusif, mən haqlıyam, hardasa qəlbinin dərinliklərində sən mənimlə razısan.
-Mən heç bilmirəm sənə nə deyim.
-Sənin əvəzinə mən cavab verim.
-Eşitmək istərdim.
-Sən də mənim kimi savadlı insansan, Yusif. Tarixi, ədəbiyyatıvədinləribilirsən. Allahın sevimli mələyi kim olub?
-Lüsifer.
-Bax. O, sevimli mələk idi, amma öz xəyanətinə görə cəhənnəmə qovuldu və alçalmış mələk oldu. Sən həmişə məni və Teymuru müdafiə etmisən və axırda bu gün eşitdiklərindən sonra mən sənin üçün alçalmış mələk oldum və ümidlərini boşa çıxardım.
-Sən mənim ümidlərimi boşa çıxarmadın, qardaş.
-Axı sən məni günahlandırırsan ki, mən nəticələrini bilə-bilə Şahini bu işdən çəkindirməmişəm və vətəndaş müharibəsinin qarşısını almamışam. Amma qardaş, bu baş verməli idi. Bizim ümumi rifahımız üçün. Amma..
-Nə amma?
-Sən başa düşmürsən?
-Xeyr.Və mən başa düşmürəm ki, sən niyə gülürsən?
-Sən də mənim kimi bizim ailəmiz üçün alçalmış mələk olmusan.
-Necə yəni?
-Sən müharibə qəhrəmanısan, mübahisə etməyəcəm. Prezidentin hazırlanan çevrilişhaqqında bilməsinin öhdəsindən gəlmisən.Amma, sən elə bir şey etdin ki, bir çoxları buna cəsarət etməzdilər.Mənim buna görə sənə hörmətim var.
-Mən səni başa düşmürəm.
-Sən atamızı cəzalandırmısan və buna görə özünü günahlandırırsan.
-Həmin adamın o olduğuna dair sübut yoxdur, mən onu görmədim, Teymur isə onu sonuncu dəfə uşaqlıqda görüb və atamızı tanımaya bilərdi.
-Sən özünü aldadırsan, qardaş. Ona layiq olmayan bu sözü demək istəməsəm də, o adam bizim atamız idi.
-Hardan bilirsən?
-Mən əbəs yerə baş analitik deyiləm. Kəşfiyyat düşmən tərəfə keçən hər bir kəs haqqında mənə məruzə edirdi və onlardan biri də o idi. Özünü aldatma, Yusif, bu bizim atamız idi.
-Mən bunu etməliydim.
-Bilirəm, Yusif. Xainləri bağışlamaq olmaz, hətta qan qohumunuz olsa belə. Və mən çox sevinirdim ki, o məhz sənin əlinə düşüb. Əgər komandir Teymur olsaydı, o atamızı buraxardı və bununla da ailəmizi rüsvay edərdi, onu günahlandırmaq olmaz, o bağışlamağı bacarır, bu yaxşı cəhətdir, amma hər zaman yox. Onun ölümünə görə özünü günahlandırma, Yusif, sən ailənin rifahı naminə bunu etməliydin.
-Bu barədə danışmaq nə qədər acınacaqlı olsa da, Bəyazid, biz ikimiz də ailəmiz üçün alçalmış mələklər olduq.
-Mən bu gün çox təkrarçılıq edirəm, lakin hadisələrin bu cür ardıcıllığı hamının xeyrinə oldu.
-Sən nə desən də, mən səninlə fəxr edirəm, Bəyazid. Mən həmişə Teymurdan çox sənə görə narahat olmuşam. Sən çox xəstələnirdin, kəskin dəyişikliklərdən qorxurdun və cəsarətli deyildin, ziddiyyətli idin, amma indi mən görürəm ki..
- İndi sən məndə nə görürsən?
-Özünə inamsızlığın əvəzinə sona qədər getmə cəsarətini görürəm. Sən öz çatışmazlıqlarına qalib gəldin və mən indi səndə qarşısıalınmaz güc görürəm. Mən səninlə fəxr edirəm, Bəyazid.
-Mən də səninlə, qardaş. İndi isə biz ölkəmiz və ailəmiz qarşısında öz borcumuzu yerinə yetirməliyik. Sən mənim yanımdasan?
- Axıra qədər.
-O halda, cənab Müdafiə Naziri, bu gün anamıza baş çəkək, sabah isə planımızın icrasına başlayaq.Respublikanın federasiyaya, daha sonra isə imperiyaya çevrilməsi mexanizmini hərəkətə gətirməliyik.
-Necə buyurursan, qardaş.
Tamerlan İldırım

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26