“Mənim atam vardı, amma sanki yox idi”

Sınmayan və öz ideyalarından vaz keçməyən yaxşı dostlar Q və Y-ya həsr olunur.
Bütün qəhrəmanlar və əhvalat uydurmadır və reallıqla hər hansı bir əlaqəsi yoxdur.
Vaşinqton, Kolumbiya dairəsi, 2039-cu il.
- Həyəcan keçirirsiniz, Meri?
- Sem, lağa qoyursan? Əlbəttə, mən həyəcanlıyam. O, amerikalının xəyal edə biləcəyi hər bir şeyi qısa müddətdə əldə etmişdir. Canlı əfsanə, və sən bilirsən ki, o müsahibə verməyi sevmir, indi isə kanalın təklifinə razılıq verib və deyib ki, ondan müsahibəni mən götürüm.
– Yəqin ki, qan özünü göstərir.
- Nəyi nəzərdə tutursan?
- Axı, sənin anan tatardır, o isə Türkiyədən gəlmədir. Əlaqəni hiss edirsən?
- O mənim kökümün nə olduğunu haradan bilsin?
- Meri, sən özün demisən ki, o qısa müddət ərzində bu qədər şeyə nail olub və onu da nəzərə al ki, bütün bunlar onun nə ikinci, nə üçüncü nəsil amerikalı olmadığı halda baş verib, o öz-özünə yetişmiş, bura gəlmiş və gözəl karyera qurmuşdur. Belə insanlar hər şeyi bilməlidirlər.
- Düzdür, sən haqlısan.
- Lakin mənim inanmağım gəlmir ki, o anamın tatar olduğunu bilirdi.
- Bəlkə, sən onun xoşuna gəlmisən?
- Sem!
- Nədir? Sən mülayim və ağıllısan, heç vaxt nail olduqlarınla qane olmursan. Niyə sən onun xoşuna gəlməyəsən ki? Sən incə, həyat dolu parlaq, gözəl gözləri olan birisən və cazibədarsan.
- Sem, yenə də yazıçı rejiminə keçmisən?
- Mən sadəcə nə düşündüyümü dedim.
- Hə yaxşı, unudaq. Avadanlıq hazırdır?
- Mən yüz dəfə hər şeyi yoxlamışam. Biz artıq çıxmalı deyilik?
- Bizim hələ iyirmi dəqiqəmiz var.
- Furqonda oturmaqdan və gözləməkdən nifrət edirəm. Siqaret çəkməyi tərgitmək heç yerinə düşmədi.
- Deyinmə, Sem.
- Necə buyurursuz, əzizim.
- Yaxşı, gedək. Avadanlığı çıxarana qədər, qalxana qədər, iyirmi dəqiqə keçəcək.
- Bu başqa söhbət, Meri.
- Az söhbət, çox iş Sem.
- Bəli, bəli.
*******
- Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm, cənab Yusuf.
- Dəyməz, Meri.
Mən onun səviyyəsində olan insanlardan ilk dəfə deyil ki müsahibə götürürəm. Gənc və ştatların tarixində amerikalı olmayan, hətta ABŞ-da doğulmayan ilk vitse-prezident, yaşıl kartı qazanmış və hər bir şeyi ən qısa zamanda əldə etmiş birisi. Bəxtəvər insan, nə demək olar ki! Bəli, xarici görünüşü xoşdur. Onun təxminən qırx yaşı var, tünd saçları və yaxşı bədən quruluşu vardır.Bəs onun təsir altına salan, insanı təhlil edən baxışları! Deyirlər ki, o, ilk baxışdan insanın necə biri olduğunu deyə bilər və mən bunu öz üzərimdə hiss etdim. Beləliklə, müsahibəyə başlamaq olar, səssizlik uzun çəkdi. O, əlbəttə mənim xoşuma gəldi, lakin unutmaq lazım deyil ki, əvvəl iş gəlir, sonra şəxsi məsələ.
- Cənab Yusuf, sizin poçtanıza göndərdiyim bütün suallarla tanış olmusunuz?
- Bəli, hər şey qaydasındadır, başlaya bilərik, əlbəttə əgər etiraz etmirsinizsə, Meri.
- Оo, mən hər zaman hazıram.
- Mənim şübhəm yoxdur.
-Sem, hər şey hazırdır?
- Bəli, Meri, başlaya bilərsiniz, üç, iki, bir və ....
-Hər vaxtınız xeyir, CNN kanalının əziz tamaşaçıları,mənim adım–Meri Adamsdır və biz bu gün ölkəmizin ən gənc vitse-prezidenti, yazıçı, jurnalist, filantrop, biznesmen, istefada olan zabit Yusuf Erkanın qonağıyıq. Cənab Yusuf.
- Meri.
- Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
- Dəyməz, hər zaman xoşdur.
- Siz ABŞ-a iyirmi yaşında köçmüsünüz və hər bir Amerika vətəndaşının arzualaya biləcəyi hər şeyi əldə etmisiniz.Siz yad ölkəyə belə gənc yaşda gəlmisiniz, özünüzü itirməmisiniz və sınmamısınız. Danışın, Siz bütün bunlara necə nail olmusunuz?
- Hər şeydən əvvəl mənim bəxtim gətirdi, Meri,mən birinci cəhddən yaşıl kartı qazandım, risk edərək Amerikaya köçdüm. İnkar etməyəcəm, əvvəlcə çətin idi–yad ölkə, mentalitet, həsrət. Lakin geriyə yol yox idi, Rubikonu keçmişdim, özümü ələ alıb öz üzərimdə işləməyə başladım. Vətənimdə mən məktəbi və universiteti sürətləndirilmiş proqramla bitirdim və ixtisasca sizin bəndəniz iqtisadçıdır. Mənim ilk iş yerim bank olub. Mən əməliyyatçı idim, axşamlar isə Makdonaldsda işləyirdim. Mən 23:00 radələrində evə qayıdırdım və ingilis dilimin yaxşılaşdırılması üçün çalışırdım.Bəli, ilk iki il əsl cəhənnəm idi, amma mən qoyduğum məqsədlərə geri çəkilməyə öyrəşməmişəm.Vətəndaşlıq üçün müraciət etdim və magistraturaya psixoloji fakultetə daxil oldum, paralel olaraq da hekayələr yazırdım və siyasətə qoşuldum.Təhsildən sonra və vətəndaşlıq aldıqda mən artıq yeddi il idi ki, ABŞ-da idim. Mən irəli getməyə qərar verdim – orduya getdim.
- Hansı qoşun növündə Siz xidmət edirdiniz?
- Reyncerlər.
- Cənab Yusuf, təcrübəmə əsasən mənə məlum olduğu qədər, reyncerlər adətən ölkə xaricində xidmət edirlər.
- Siz tamamilə haqlısınız, mən Yaxın Şərqdə və bir müddət də NATO qoşunlarında xidmət etdim. Ümumilikdə mən iki il yarım xidmət etdim və medallara malik olaraq tərxis olundum. Mənə orduda qalmağı təklif etdilər, lakin mən imtina etdim. - Niyə imtina etdiniz?
- Mənə təcrübə lazım idi, mən onu əldə etdim.
- Bəs ordudan sonra Siz nə ilə məşğul oldunuz?
- Mən öz xəyalımı həyata keçirdim.
- Hansı xəyalınızı, əgər sirr deyilsə?
- Mənim bir az vəsaitim var idi, əlavə olaraq mən bankdan biznes krediti götürdüm və türk mətbəxi restoranı və fast-fud restoranı açdım. Bu riskli müəssisə idi, lakin əgər mən bunu etməsəydim bunu özümə bağışlamazdım. Əvvəlcə bir restoran idi, üç ildən sonra isə artıq ABŞ-nın mərkəzi şəhərlərində və xaricdə mənə doğma olar şəhərlərdə: İstanbulda, Bakıda restoranlar şəbəkəsi və Londonda da bir restoran var idi.
- Cənab Yusuf, o zaman artıq Siz Amerika xəyalnızı həyata keçirmişdiniz, lakin Siz əldə etdiklərinizlə kifayətlənmədiniz.
- Tamamilə düzdür, mən sevdiyim Minnesota Ştatından senata seçildim. Bu yüksəlişdə, ABŞ-a gədiyim ilk gündən mənə dəstək verən həmyerlim və dostum Umuda minnətdaram.
- Və siz böyük fərqlə qalib gəldiniz və mənim bildiyim qədər, bunlara paralel olaraq, siz hətta bir neçə roman yazmağa və dərc etməyə də imkan tapdınız. Siz nə vaxt yatırsınız?
- Əlbəttə, bir neçə saat, köhnə xoş vərdişdir, və bir də xahiş edirəm, Meri, mənə Yusuf olaraq müraciət edin, cənabsız.
- Yaxşı, Sizə daha bir neçə sual verə bilərəm?
- Buyurun, bu gün sizin gününüzdür.
- Siz öz ailəniz haqqında danışa bilərsiniz?
- Bəli, mən xidməti başa vurduqdan sonra, ABŞ-a mənim anam, qardaşım və anamın xalası köçdü. Nənəm və xalam Türkiyədə qaldılar. Onlar qərar verdilər ki, nə baş versə də Vətəni tərk etməsinlər. Bu, onların seçimi idi və mən buna hörmət edirəm.
- Bəs sizin atanız?
- Mənim atam vardı, amma sanki də yox idi.
- Necə yəni?
- Mənim atama həyatdayalnız bir adam lazım idi və bu adam da özü idi.O, yalnız özü üçün yaşayırdı. Bir müddət işlədi, sonra isə yox. Heç nə etmək istəmirdi, yalnız tavana tüpürmək və arabirpul almaq istəyirdi, düzdür, o hardasa işləyirdi, hərçənd ki bu çox nadir hallarda baş verirdi. O hər zaman istəyirdi ki, hamı hər şeyi onun əvəzinə etsin, onun özünə hər şeyi hazır vəziyyətdə versinlər.
- O sağdır?
- Bilmirəm, Meri,anam ölüm ayağında olanda və ona təcili əməliyyat lazım ikən atam gəlmədikdən sonra mən onunla münasibətə son qoydum. Anam Ankarada xəstəxanada yatırdı, o isə Moskavadan uçub gəlməyə özünə əziyyət vermədi. Meri, bütün bunlardan sonra mən ona necə ata deyə bilərdim və onunla münasibət saxlaya bilərdim? O, mənim üçün yalnız genetik materialdır, başqa heç kim.
- Mən sizi başa düşürəm, Yusuf.
- Yaşa dolduqca mən talenin zərbələri ilə barışmışam və onların qarşısını ala bilmişəm və daha güclü olmuşam.Bizi öldürməyən şey bizi daha güclü edir.
- Mən sizin kiçik qardaşınızın müsahibəsini oxumuşam, o bu müsahibədə bildirmişdir ki, onun üçün ata olmusunuz. Bu hörmətə layiqdir, Yusuf, hər kəs yaxşı qardaş və ya ata ola bilmir, siz isə Seyid üçün əla qardaş və ata olmusunuz.
- Bu, mənim borcumdur, Meri. Əgər mən bunu etməsəydim, Seyid pərişan və qəzəbli ola bilərdi.Buna imkan vermək olmazdı və mən bunun baş verməməsi üçün hər şey edə bildim. Siz mənimlə razılaşarsız ki, biz ailəmizin davamıyıq.
- Razıyam.
- Lakin eyni zamanda da, ailə zəif bənd və düşmən ola bilər.
- Açıqlaya bilərsiniz?
- Bəli, əlbəttə. Mənim babam nazir müavini, nazir olub, karyerasının sonlarında isə Prezident Administrasiyasının rəhbəri olub. Belə baba ilə fəxr etmək olar, lakin həmişə bir “amma” var.
- Hansı?
- Hakimiyyətdə olan və şöhrətə malik olan insan həmişə bir şeydən qorxur.
- Nədən?
- Qabağını kəsə bilərlər. Mənimlə də bu baş verdi. Mən perspektivli və ümid verən bir gənc idim
- Siz indi də perspektivlisiniz.
- Təşəkkür edirəm, Meri.
- Mən kursda ən yaxşısı idim, on səkkiz yaşında Respublika Prezidentindən beynəlxalq müsabiqədə qələbəyə görə təşəkkürnamə aldım. Nə olsun, Meri? Universiteti bakalavr dərəcəsi ilə bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Akademiyaya imtahan verdim. Məni qəbul etmədilər və mən işə qəbul olunmaq və dövlət xidməti imtahanı üçün sənədləri verdim və yenə də qəbul olunmadım. Əvvəlcə bu mənə qəribə gəlirdi. Nə üçün? Niyə mənim həyatım qara zolaqdan keçir?
- Deyəsən mən anlamağa başlayıram ki, sizin həyatınızda nə baş verib, Yusuf.
- Buyurun, öz mülahizələrinizi mənimlə bölüşün, Meri.
- Siz dediniz ki, ailə zəif bənd və düşmən ola bilər, daha sonra isə dediniz :«hakimiyyətə və şöhrətə malik olan insan hər zaman qorxur ki, onun qabağını kəsə bilərlər». Mənə belə gəlir ki, sizin yolunuzu kəsən adamın kim olduğunu bilirəm. Bu sizin ailədən kimsə idi.
- Siz tamamilə haqlısınız.Mənim dostumun qardaşı Xarici İşlər Nazirliyində nazir müavini işləyirdi, hara ki, mən işə qəbul olunmaq üçün sənədləri göndərmişdim. Biz onlarda oturub söhbət edirdik. Onun qardaşı dözmədi və mənə dedi ki, nazir məni işə götürmək istəyirdi, lakin ona Administrasiyadan zəng etdilər və dedilər ki, məni işə götürmək olmaz. Kimin zəng etdiyini o bilmirdi, lakin bunu öyrənmək mənə lazım deyildi, mən artıq anlamışdım. Siz dediniz ki, bu adamın ailədən biri olduğunu hiss edirsiniz. Bəlkə daha aydın deyəsiniz, Meri?
- Mən tam əmin deyiləm, lakin mənə belə gəlir ki bu odur.
- O kim?
- Sizin babanız.
- Bəli.
- Düzdü, mən başa düşə bilmirəm ki, bunu etmək onun nəyinə lazım idi.
- Dediyim kimi, hakimiyyətdəki insan qarşısının kəsilməyindən qorxur.
- Siz ki onun nəvəsiniz. Mənim anam və atam mənim jurnalist olmağımı istəmirdilər, amma mənə dəstək verdilər və indiyədək öz məsləhətləri ilə kömək edirlər və yanımdadırlar.
- Və bu normaldır, Meri, məhz burada“biz ailəmizik” prinsipi işləyir, mənim vəziyyətimdə isə onun eqoistliyi və hakimiyyət hərisliyi qazandı. Yəqin, o qorxurdu ki, tədbirlərdə onun yüz dəfə danışdığı əhvalatlarına az qulaq asacaqlar.
- Bəs Yusuf, siz bunu öyrənəndə nə etdiniz?
- Mən gücümü topladım və onun yanına getdim. Mən bütün söhbətimizi xatırlayıram, sanki bu dünən olmuşdu.
- Yusuf, əgər istəmirsinizsə, siz bu haqda danışmaya bilərsiniz.
- Hər şey qaydasındadır, Meri. Zaman müalicə edir. Mən bununla barışdım və ona qalib gəldim. Mən indi burada, sizinlə, bütün dünya siyasətinin həll olunduğu mərkəzdəyəm. Mən ən gənc vitse-prezidentəm, öz dövrünün tanınmış yazıçısıyam, dünyadakı ən yaxşı restoran şəbəkələrindən birinin sahibiyəm. Niyə məni boğan şeylər haqqında danışmayım, Meri?
- Siz bu haqda danışa bilərsiniz, bu sizin hüququnuzdur. Siz ona qalib gəldiniz, Yusuf, siz təslim olmadınız və hər şey əldə etdiniz və ən əsası da xaricdə tanındınız və mümkünsüzü etdiniz.
- Siz ağıllı və uzaqgörənsiniz, Meri. Sizdən yaxşı strateq-siyasətçi çıxar.Siz siyasətlə məşğul olmaq istəmisiniz?
- Karyeramın əvvəlində istəyirdim, lakin sonra isə fikrimi dəyişdim, qorxdum ki, bacarmaram.
- Siz çox yaxşı bacararsınız. Əgər sizin arzunuz olarsa, mən sizə öyrədərəm.
- Mən şərəf hissi duyaram. Düzü, mən qorxuram.
- Yalnız axmaqlar qorxmurlar, Meri, hər şey qaydasındadır. Nə vaxt istəsəniz mən sizin qulluğunuzdayam.
- Təşəkkür edirəm, Yusuf.
- Dəyməz. Mənim uğursuzluğumda kimin müqəssir olduğunu öyrəndikdən sonra mən nifrət və incikliklə administrasiyaya onun yanına getdim.
******
Kabinet onun mükafatları və xarici səfərlərə aid fotoları ilə doldurulmuşdu, otağın ortasında onun masası vardı və o həmin masanın arxasında oturmuşdu. Özündən razı, daz, dolu bir adam. Kənardan baxanda demək olmaz ki, bu adam öz eqoistliyinə görə nəvəsinin həyatını məhv etməyə qərar vermiş adamdır.
- Sən səhərdən gəlmisən?
- Mən sənin birinci arvadından olan oğlun deyiləm ki, saat üçə qədər yatım.
- Mən belə başa düşdüm ki, sən yanıma xoş söhbət üçün gəlməmisən?
- Mən həqiqətin arxasınca gəlmişəm.
- Hansı həqiqətin?
- Sizin tay-bərabəriniz olmayan bir şeyiniz varsa, o da özünü axmaq yerinə qoymaqdır.Doğrudan sən başa düşməmisən?
- Sən özün deyirsən ki, mənim tayım-bərabərim yoxdur. Ona görə də rədd ol.
- Sən hər şey etdin ki, mən işə düzəlməyim, irəli getməyim və təhsilimi davam etməyim.
O, oturmuşdu və susurdu.
- Nə oldu, qorxdun ki, səni üstələyəcək rəqib çıxacaq qarşına? Şairin ürəyi eqoizmə dözmədi? Bilmirsən nə cavab verəsən?
- Sən tələsirsən.
- Sənin cavabın elə budur? Tələsirsən? Əvvəl mən də tələsirdim, amma buna baxmayaraq qələbə qazandım, ölkəmi və ailəmi layiqincə təmsil etdim. Bunların əvəzində nə əldə etdim, arxadan zərbə?
- Sən həddən çox şey istəyirsən, Yusuf.
- Ah, bağışlayın. Hakimiyyətdə olmaq və heç kimə kömək etməmək. Yox, mən unutmuşam. Sən bir insana kömək etmisən və edəcəksən, düzdür onu insan adlandırmaq olmaz – varlıq sözü ona daha uyğundur.
- Və o kimdi?
- Yenə də heç nə bilməyən adam rolunu oynayırsan?
- Bəlkə artıq deyəsən?
- Sən heç kimə kömək etməzsən, öz oğlundan başqa, hansını ki sənin üçün keçmiş arvadın dünyaya gətirib.
- Belə danışmağa ixtiyarın yoxdur.
- Elə də var, danışacam da.
- Sən öz ailəndən heç kimə kömək etməmisən və hamının ipini öz əlində saxlamaq istəmisən. Amma iyirmi il əvvəl getmiş, heç bir dəfə də zəng etməmiş bu varlıq geri qayıdan kimi, buyurun, bütün qapılar üzünə açıqdır. Amma ailəsinə həmişə dəstək verən mənə isə bütün qapılar bağlıdır.
- O, mənim oğlumdur.
- Əlbəttə, qənimət kimi əldə olunmuş arvaddan olan uşaq, klassikanın ən yaxşı ənənələri ilə tərbiyə almış öz millətinin uşağından yaxşıdır. Amma sən bir şeyi nəzərə almamısan.
- Nəyi?
- Mən səndən güclüyəm və mən hər şeyi edəcəm ki, qoyduğum məqsədlərə çatım və sən mənə mane ola bilməzsən.
- Ha-ha, hə nə olacaqsan ki, ABŞ-nın hansısa ştatında senator?
- Mənə görə narahat olma, mən ki əlindən heç nə gəlməyən sənin düşük oğlun deyiləm.
- Hə, hə, qızıl oğlan.
- Mən qızıl oğlanam, siz haqlısınız, cənab Prezident Administrasiyası rəisi. Məni əsil türk qadını dünaya gətirib və mən öz yaşımda hətta otuz yaşlıların da əldə edə bilmədiklərini qazanmışam və bundan sonra da qazanmağa davam edəcəm. Əlvida, cənab Prezident Administrasiyası.
******
- Bax belə, Meri, bundan sonra mənim onunla söhbətim olmadı. Sonra isə mən yaşıl kartı qazandım, sonrasını isə siz bilirsiniz.
- Siz onu bağışladınız?
- Çoxdan, hansısa mənada mən ona minnətdaram. Əgər onun eqoistliyi olmasaydı, mən indi əldə etdiklərimin hamısına nail ola bilməzdim.
- Bəs o necə oldu?
- Müəyyən müddətdən sonra onu hörmət ehtiramla işdən azad etdilər. O getmək istəmirdi, amma hansısa hoqqadan çıxmış sevimli oğlunun hərəkətlərinə görə getməli oldu. Qan özünü göstərdi. Mən Yaxın Şərqdə xidmət edəndə, babam öldü.
- Bağışlayın, Yusuf.
- Hər şey qaydasındadır. O, öz səhvinin qurbanı oldu – oğlu onu ürəktutma həddinə gətirdi.Mən hələ o vaxt ailəmi ABŞ-a apara bilməmişdim, onların bəxti gətirdi - əmlakın bir hissəsi nənənin adına keçdi, yoxsa o bunu da ələ keçirərdi.
- Yusuf, bağışlayın, sözünüzü kəsirəm. Belə çıxır ki, o və onun oğlu hər şeyi ələ keçirmək, nənənizlə ögey bacılarınızı evsiz qoymaq istəyirdi?
- Siz yenə də haqlısınız. O, hər şeyi ələ keçirmək istəyirdi, amma alınmadı.
- Ailəniz onu məhkəməyə vermədi?
- Yox, Meri, bu qismətdir. Sonda hər şey onun üçün pis nəticələndi.(-)Mən yalnız ezamiyyətdə olarkən, onun məzarı üstünə gedə bildim.
- Başınız sağ olsun.
- Meri, əgər siz etiraz etmirsinizsə, bu günlük yekunlaşdıraq?
- Bəli, əlbəttə. Bizə vaxt ayırdığınız üçün bir daha təşəkkür edirəm.
- Dəyməz.
- Çəkildi.
-Əgər nəyisə silmək istəsəniz, biz sizə diski göndərərik.
- Hər şey qaydasındadır, Meri, heç nəyi silmək lazım deyil. Sizə təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
******
- Meri, o Prezident olacaq. Bu müsahibə - möhtəşəmdir.
- Sem, mən bilirəm ki, sən səfehsən, lakin hər dəfə bunu sübut etmək lazım deyil.
- Biz səninlə neçə dəfə müsahibə götürmüşük və heç bir şey sənin nəzərinə çarpmayıb? Onun reytinqi dərhal yüksələcək.
- Sem, sən yaxşı video operatorsan, amma sən insanları hiss edə bilmirsən. Bu yalnız müsahibə deyildi, həm də etiraf idi. Hətta o Prezident olmaq istəsə belə, o buna layiqdir.
Tamerlan İldırım
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26