Interposta.Info

Bakıda qız üstündə kütləvi dava: bir nəfər bıçaqlandı

Ölkə
 27-12-2018, 13:51     10 521

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində bir qrup gənc arasında mübahisə düşüb və Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Ülvi Səfərliyə bıçaqla xəsarət yetirilib.

O, xəstəxanaya aparılıb və təcili tibbi yardım göstərilib. Gəncin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, gənclər arasında baş verən dava qız üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26