Interposta.Info

Berlində ərəb kriminal ünsürlər at oynadır- “Tages-Anzeiger”

Ölkə
 26-12-2018, 17:42     10 353

İsverçənin “Tages-Anzeiger” qəzeti Avropa paytxatlarındakı şərq mənşəli kriminal qruplardan, xüsusilə ərəb mafiyası haqqında maraqlı yazı dərc edib.

Məqalənin əvvəlində güllə ilə öldürülən və Berlin məzarlığında basdırılan Nidal R. adlı bir mafiya üzvünün dəfn mərasimi təsvir edilib.

Müəllif Verena Mayer mərasimdə Berlinin ən təhülkəli insanlarının, bayker bandalarının üzvlərinin, ərəb klanlarının rəhbələrinin, alban və çeçen qrupların liderlərinin iştrak etdiyini yazır.

“Ərəb mafiyası fenomeni Berlin hakimiyyəti üçün 1980-ci illərin sonundan problemə çevrilib. Həmin vaxt Livandakı vətəndaş müharibəsindən qaçan minlərlə livanlı ərəblər, kürdlər, həmçinin vətəndaşlığı olmayan fələstinlilər Almaniyanın paytaxtına yerləşbilər.

O dövrdən bu yana Berlində 10-12 ərəb klanı hökm sürür. Şəhərdəki mütəşəkkil cinayətkarlığın 25%-i də bu dəstələr tərəfindən törədilir. Daha öncələr reket və narkotik satışı ilə keçinən bandalar indi daha böyük cinayət proseslərndə iştirak edirlər. Məsələn, 2017-ci ildə onlar Berlindəki Bode muzeyindən 100 kiloqramlıq qızıl sikkəni oğurlamağa müvəffəq olublar.

Ən böyük problem isə peşəkər və planlaşdırılmış cinayətlər törədən həmin klanlaırn öz pullarını leqal sahəyə axıtmaları ilə bağlıdır. İndi onlar evlərə, torpaq sahələrinə daha çox sərmayə qoyurlar. Bu cür işləlrə bağlı təhqiqat aparmaq isə çətindir. Pul axını gizli saxlanılır, daxildən xəbər verə biləcək informatorlar isə, demək olar ki, yoxdur.

Müəllif ən narahatedici halın Almaniyada həmin klanlar haqqında çəkilən filmlərin olduqca populyarlaşması olduğunu yazır. Məsələn, miqrant gənclik daha çox özünü “Hamadi klanı” haqqında çəkilən “4 məhəllə” serialındakı qəhrəmanlara bənzətmək istəyir.

Serialın “Toni Hamadi” adı ilə baş rolunda gedən Kida Ramadan adlı berlinli aktyora isə gənc insanlar yaxınlaşaraq “ona çalışmaq istədiklərini” (yəni mafiya başçısı kimi) bildirirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26