Interposta.Info

2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR

Ölkə
 16-12-2018, 17:55     10 726

İtaliyanın tarixi mərkəzlərindən olan Neapol yeraltı mağaraları Neapol şəhərinin tam mərkəzində yerləşir.
Görənləri valeh edən yeraltı mağara elə indi də öz təbii gözəlləyini qoruyub, saxlaya bilib. Buraya Neapolun yeraltı şəhəri də deyirlər.
Burada tarixin ən dərin izləri hələ də qorunub, saxlanılır. 2400 illik keçmişi olan yeraltı şəhərin ziyarətçiləri də çoxdur.

2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR

Yeraltı şəhər qaranlıq dəhlizlər, dolaşıq labirintlər və s. bu kimi özəllikləri ilə oraya gələn ziyarətçiləri valeh edir.
2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR

Burada Yunan-Roma tarixinə aid teatr səhnələrini də görmək mümkündür.
2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR

Bu yeraltı şəhərdə ən maraqlı görüntülərdən biri də ziyarətçilərin əllərindəki şamlar olur. Belə ki, buraya daxil olan hər bir kəsə məcburi olaraq qaranlıqda yolunu itirməməsi üçün bir şam yandırlıb, verilir. Bu da gəzinti zamanı xüsusi bir gözəllik yaradır.
Bu yeraltı şəhərdə bəzi önəmli tarixi əsərlər izolyasiya edilib. Buna səbəb isə tarixi əsərlərin təxribatlardan və ya oğurlanmaqdan qorumaq məqsədidir.
2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR

Burada bir şəhərin yaşantısını, o dönəmə aid olan evləri və geniş su kanallarını da görmək mümkündür. Neapol yeraltı şəhərində yaşayış üçün lazım olan bir çox imkanlar mövcuddur.
Sosial imkanlardan mədəni fəaliyyətlərə qədər hər sahədə təminedici bir yaşam təqdim edən bu yeraltı şəhər tarixin önəmli bir hissəsini gözlər önünə sərir./musavat.com

İnterPosta.info

2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR
2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR
2400 illik bir tarix: Neapolun yeraltı şəhərindən maraqlı görüntülər... - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26