Interposta.Info

Bakının məşhur bazarı belə olacaq

Ölkə
 13-12-2018, 15:35     640

Xəbər verdiyimiz kimi, bir müddətdir ki, Şərq bazarı yenidən qurulur.

İnterPosta.info xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı "Qafqazinfo”ya bildirb ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq:

"Hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır. Bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və sökülməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür. Abidə milli memarlıq üslubunun qorunması şərtilə rekonstruksiya ediləcək. Ora tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.

Sosial şəbəkələrdə bazarın eskiz layihəsini əks etdirən fotolar yayımlanıb.

İnterPosta.info

Bakının məşhur bazarı belə olacaq
Bakının məşhur bazarı belə olacaq
Bakının məşhur bazarı belə olacaqBakının məşhur bazarı belə olacaq

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26