Interposta.Info

Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO)

Ölkə
 12-11-2018, 23:25     10 580

Bu ilin sonuna kimi Bakının məşhur "Nəsimi bazar”ı söküləcək.

"İnterPosta" unikal.org-a istinadən əldə etdiyi məlumata görə, bazarın ərazisi "Pilot layihə”yə salınıb. Artıq obyektin yaxınlığında söküntü işlərinə başlanılıb. Bu ilin sonunadək bazar tam sökülərək, yerində 4 böyük hündürmərtəbəli binanın tikintisinə başlanılacaq. Bina isə "OLYMPUS park” şirkəti tərəfindən inşa ediləcək.

"OLYMPUS park” şirkəti artıq yeni binaların alıcılarını axtarır. Bunun üçün müştərilərini əmin edir ki, bu ilin sonunadək bazar söküləcək və yerində sözügedən yaşayış binaları tikiləcək.

İnterPosta.info

Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26