Interposta.Info

4 min ildir ki, yerin altında yaşayırlar- Səbəbsə, olduqca maraqlıdır -

Ölkə
 3-12-2018, 15:46     544

Çinin Henan əyalətinin Sanmenxia kəndində insanlar 4 min ildir ki, yerin altında yaşayırlar. Bu kənddə bütün evlər yerin altında tikilib. Hazırda isə orada 3 mindən çox insan məskunlaşıb.

Əvvəlcə onu qeyd edək ki, Çinin Henan əyalətində doğulmuş olmaq hər bir çinli üçün qürur mənbəyidir. Belə ki, bu torpaqlar Çinin ən qədim tarixə sahibdir, eyni zamanda ölkə əhalisinin kənd təssərüfatı məhsullarına olan ehtiyacının 20 faizdən çoxunu ödəyə bilir.

Bütün bunlardan əlavə bu əyaləti digərlərindən fərqləndirən əsas ünsür Sanmenxia kəndidir. Burada insanlar köstəbək kimi yerin altında yaşayırlar.

3 mindən çox insanın yaşadığı bu kənd illərdir ki, öz orijinallığını qoruyub saxlaya bilib.

Sanmenxia kəndi son bir ildir ki, Çin turizminin əsas aparıcı qüvvəsinə çevrilib.

4 min ildir ki, yerin altında yaşayırlar- Səbəbsə, olduqca maraqlıdır -

Bəs, nə üçün insanlar yerin altında yaşayırlar?

Əsas səbəb bu ərazinin kəskin hava şəraitidir. Evlərin yerin altında inşa olunması qışda isti, yayda sərin olmağa imkan verir.

Belə evlərin inşası bir xeyli vaxt aparıb. Təkcə yerin altında yeddi metrlik bir yer və altı mağara yaradılması üçün 3 il vaxt sərf olunur.

Statistics show that there are still over 3,000 people living in cave dwellings while others have moved to storied houses
4 min ildir ki, yerin altında yaşayırlar- Səbəbsə, olduqca maraqlıdır -

Bu evlər bir çox insanlara sivilizasiyadan kənar kimi görünsə də, buradakı insanlar özləri üçün müasir Qərb evlərinin şəraitini yarada biliblər.

Belə ki, evlərdə bir-birindən ayrı hamam, qonaq otağı, yataq otağı hətta heyvanlar üçün sığınacaqlar da mövcuddur. Evdə həmçinin fərqli istiliklərə qədər tənzimlənə bilən 7 sobalı mətbəx var.

Bu da yemək bişirən şəxsin eyni anda fərqli yeməklər bişirməsinə imkan yaradır. Nəzərə almaq lazımdır ki, bu cür evlər 4 min il əvvəl inşa olunub. Ona görə də deyə bilərik ki, hazırki evlərin qədim versiyası Çində inşa olunub.

Evlərin qədimliyini qorumaq üçün yeni iş yerləri bu ərazilərdən kilometrlərlə uzaqda inşa olunur.

İnterPosta.info

https://m.facebook.com/story.php?story_fbid=1151972244951261&id=287465701401924
4 min ildir ki, yerin altında yaşayırlar- Səbəbsə, olduqca maraqlıdır -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26