Interposta.Info

Hokinqdən SOS: Yerin sonu çatır, Ay və Marsa…

Müxtəlif
 12-09-2017, 11:42     10 457

İnsanlıq 30 ildən sonra Yeri tərk etməyə başlamalıdır.

Axar.az xəbər verir ki, bunu Norveçdə keçirilən “Starmuss” festivalında çıxışı zamanı britaniyalı astrofizik Stiven Hokinq söyləyib. Onun sözlərinə görə, əgər insanlar Yeri tərk etməsələr, o zaman iqlim dəyişikliyi və əhalinin çoxluğundan məhv olacaqlar.

Hokinq insanları təcili olaraq Mars və Ayda koloniyalar yaratmağa, eləcə də müxtəlif canlıların bura daşınması prosesini başlatmağa çağırıb:

“İnsanlığın məhvi sadəcə an məsələsidir. Təhdidlər həddən artıq ciddidir və çoxdur. İnsanların Yeri tərk etməsi gərəkdiyinə inanıram. Yer bizim üçün artıq çox darlaşır, resurslarımız isə çox böyük templə tükənir. Biz öz planetimizə iqlim dəyişikliyi, temperatur artması, çox sayda canlıların məhvi formasında dəhşətli hədiyyə vermişik. Tariximizdə bənzər böhranlar yaranan kimi biz adətən harasa köçürdük. 1492-ci ildə bunu yeni dünya açmaqla Kolumb etdi. İndi artıq heç bir yeni dünya yoxdur. Bizə artıq yer yoxdur və başqa dünyalara ehtiyacımız var.

Zamanla Yer asteroidlə toqquşacaq və bu, fəlakət olacaq. Bu, elmi fantastika deyil. Bunu bizə fizika qanunları zəmanət altında deyir. Kosmosda məskunlaşma insanlığın tarixini dəyişəcək. O müəyyənləşdirəcək ki, bizim hansısa gələcəyimiz olacaq, ya yox. Hara getməyimizdən asılı olmayaraq, biz yeni ekosistem və sivilizasiya yaratmalı olacağıq. Biz bir neçə min insanı, heyvanı, bitkini, həşəratı digər planetlərə köçürmək barəsində fikirləşməli olacağıq.

İlk müstəmləkələrin yaradılması üçün Ay və Mars uğurlu yerlərdir. Ayda belə bazanı 30 ilə, Marsda isə 50 ilə hazırlamaq olar. Biz həmçinin Günəş sistemini tərk edib, yaxın ulduz sistemi olan Alfa Çentavraya getməliyik. Alimlərin fikrincə, məhz burada insanlar üçün faydalı Proksima B planeti var. Biz yeni kosmik dövrə qədəm qoyuruq. Artıq yeni era ərəfəsindəyik. Başqa planetlərin insanlar tərəfindən müstəmləkəyə çevrilməsi elmi fantastika yox, elmi fakt ola bilər.

İnsan irqi ayrı növ kimi iki milyon ildir mövcuddur. Sivilizasiya təxminən 10 min il əvvəl yaranıb və inkişaf templəri getdikcə artır. Əgər insanlıq daha bir milyon il yaşamaq istəyirsə, o, heç kimin olmadığı yerlərə yollanmalıdır. Mən xoş şeylərə ümid edirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26