Interposta.Info

Almaniyada keşiş kilsədən 120 min avro oğurlayıb

Ölkə
 19-11-2018, 13:44     10 369

Almaniyada keşiş kilsənin xəzinəsindən 120 min avro oğurlayıb.

Məlumatı Maqdeburq Yeparxiyası yayıb.

Hadisə ölkənin Saksoniya-Anhalt torpağındakı Ballenstadr şəhərində baş verib.

Bernard Qaulitta adlı vəzifəli keşiş yerli Polis İdarəsinə gedərək, kilsənin xəzinəsindən 120 min avro oğurladığını etiraf edib. Keşiş internet fırıldaqçılarının tələsinə düşdüyü üçün bu günahı işlətməyə məcbur olduğunu bildirib.

B.Qaulitta barəsində həm hüquq-mühafizə orqanlarında, həm də kilsədə araşdırma aparılır./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26