Interposta.Info

Amaliya Pənahovanın vəsiyyəti açıqlandı: harda dəfn ediləcək?

Ölkə
 8-11-2018, 13:14     10 536

Bu gecə dünyasını dəyişən xalq artisti Amaliya Pənahova ilə vida mərasimi sabah keçiriləcək.

"İnterPosta" qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 9-u saat 12:00-da Akademik Milli Dram Teatrında A. Pənahova ilə vida mərasimi baş tutacaq.

Hələ ki, xalq artistinin harada dəfn olunacağı açıqlanmayıb.

Amaliya Pənahova ailəsinə vəsiyyət edib ki, həyat yoldaşının yanında, "Qurd qapısı" qəbiristanlığında dəfn edilsin.

Qeyd edək ki, hazırda sənətçinin nəşi Təzəpir məscidinə gətirilib.

İnterPost.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26