Interposta.Info

“Toxunmasınlar!” - Bəstəkarlar İttifaqının sədrindən himn məsələsinə reaksiya

Ölkə
 6-11-2018, 20:02     10 472

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Azərbaycan Dövlət himninə toxunulmasının əleyhinədir .

"İnterPosta"nın məlumatına görə, F. Əlizadə BakuPost-a açıqlamasında deyib ki, Dövlət himnini qısaltmağa ehtiyac yoxdur: "Bu himnin musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyova məxsusdur. Mən isə Üzeyir Hacıbəyovu heç kimlə müqayisə edə bilmərəm. Bu himni qısaltmağa ehtiyac yoxdur və ona toxunulmamalıdır”.

Xatırladaq ki, millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Azərbaycan Dövlət himninin sözləri şair Əhməd Cavada, müsiqisi Üzeyir Hacıbəyova məxsusdur. Azərbaycan parlamenti 1992-ci il mayın 27-də "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiqlənib. Milli Məclisin 1993-cü il 2 mart tarixli qərarı ilə Dövlət himni haqqında əsasnamə təsdiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26