Interposta.Info

Deputatdan himnimizlə bağlı təhqiredici sözlər - “Yorucu, mərsiyə...”

Ölkə
 2-11-2018, 16:12     10 350

Deputat Tahir Kərimli Azərbaycanın dövlət himni ilə bağlı müzakirələr zamanı təkliflərlə çıxış edib.

"İnterPosta" BakuPost-a istnadən xəbər verir ki, millət vəkili "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı himnin həcminin azaldılmalı olduğunu deyib: "Digər himnlər 2-2,5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı. Həcmi azaltmaq lazımdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün.

Bunu əzəmətli bir himnə çevirmək lazımdır”.

Deputat Fəzail İbrahimli isə kəskin etirazını bildirib. O qeyd edib ki, himnin bir sözünü belə çıxartmaq olmaz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26