Interposta.Info

İcra başçısının NAR TÖYCÜSÜ - İDDİA

Ölkə
 3-11-2018, 23:50     10 330

Azərbaycandan və dünyadan ölkəmizə qonaq gələn turistlərin festivalda iştirakı üçün mühim işlər görülüb. Lakin bu işləri heç də icra başçısı və ya rayon rəhbərliyi etməyib.
Festivalın bütün texniki-maddi işlərini Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov ödəyəcək. İnformasiyaya görə, Azərbaycanda "Azqranata" MMC-nin sahibi olan Fərhad Əhmədov Göyçay və ətraf rayonlardan əsas nar tədarükçüsüdür və onun rəhbəri olduğu müəssisə jhər il min tonlarla kənd təsərrüfatı məhsulu alır.

Məlumata əsasən Fərhad Əhmədovun əsas təşkilatçı olduğu "Nar festivalı"ndan faydalanmağa çalışan yerli məmurlar da var. Gundeminfo.az-a daxil olan məlumata əsasən festivalın təşkil edilməsini bəhanə edən rayon rəhbərliyi yerli məmurlardan, büdcə təşkilatçılarından "haqq" toplamağa başlayıb. İnformasiyaya əsasən Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov "Nar Bayramı" üçün piştaxta satışına başlayıb. idarə və müəssə rəhbərlərinə hər bir piştaxta 300 manata başa gəlib. Bundan başqa həmin piştaxtada öz kənd təsərrüfatı və digər məhsullar üçün satışa çıxarmaq istəyən vətəndaşdan 100 manat rüşvət alınır. Bunun müqabilində yer alanlara qəbz də verilır.

Onu da əlavə edək ki, Göyçay rayonunda sabah təşkil ediləcək "Nar festivalı"nda tursitlərin iştirakını təşkil edən Turizm Agentlikləri də təşkilatçılarla bağlı müəyyən texniki problemlər yaşadıqlarını bildirirlər. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26