Günay Yelmarqızı TV-dən ayrıldı: yeni vəzifə verildi

Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı işindən ayrılıb.
Bakupost xəbər verir ki, o, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
G.Yelmarqızı xəbəri BakuPost-a təsdiqləyib.
Qeyd edək ki, o, 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.
Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26