Interposta.Info

Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın baş verib

Ölkə
 26-10-2018, 08:50     10 330

Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb.

"İnterPosta" "Report"a istinadən xəbər verir ki, yanğın qoruğun Masallı rayonu ərazisində olsa da, alovun işartıları Xəzərin Lənkəranın sahilboyu ərazilərində də müşahidə olunur.

Yanğın sahildən aralıda olduğundan texnikaların əraziyə keçirilməsi mümkün deyil. Havanın küləkli olması alovun yayılmasının riskini artırır. FHN-nin Masallı və Liman Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti əraziyə səfərbər edilib.

İnterPosya.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26