Interposta.Info

Göyçay dağlarında güclü YANĞIN

Ölkə
 26-06-2021, 22:40     433

Göyçay rayonu ərazisində baş verən yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

"İnterPosta" xəbərinə görə, rayonun Mirzəhüseynli kəndi ərazisində dağlıq sahədə baş verən yanğının söndürülməsi üçün FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

İndiyədək 250 hektar sahədə biçilmiş taxıl sahəsi, 100 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb. Hazırda yanğın davam edir. Dağlıq ərazi olduğu üçün yanğınsöndürən avtomobillərin həmin əraziyə çıxması çətinləşib. Yanğınsöndürənlər alovun qarşısını əl əməyi ilə almağa çalışırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26