Dünyanın ən yaxşı muzeyləri

Dünyanın ən yaxşı muzeylərinin siyahısı dərc olunub.
Siyahını turistlər arasında populyar olan "TripAdvisor” saytı istifadəçilər arasında keçirdiyi sorğuya əsasən hazırlayıb.
Siyahıya 1850-1910-cu illərdə Avropanın rəsm və heykəltəraşlıq üzrə ən böyük külliyyatının toplandığı Parisin Orse təsviri sənət muzeyi başçılıq edir.
İkinci pillədə Nyu-Yorkdakı 11 sentyabr Milli Memorial muzeyi tutur. Bu, 2001-ci ildə hücuma məruz qalan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində tikilən kompleksdir.
İlk "üçlüy"ü Metropoliten-muzey qapayır. 25 muzeyinin yer aldığı siyahıya Sankt-Peterburqdakı Dövlət Ermitajı da daxil olub./qaynarinfo
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26