Interposta.Info

Dünyanın ən yaxşı aviaşirkətləri bəlli olub

Dünya
 3-04-2019, 09:23     10 347

Dünyanın ən yaxşı aviaşirkətlərinin adları açıqlanıb.

Nəticələr “TripAdvisor” səyahət portalının ötən il istifadəçilər arasında keçirilmiş qiymətləndirmələr əsasında əldə olunub.

Nəticələrə görə, Sinqapurun “Singapore Airlines” şirkəti dünyada ən yaxşı aviaşirkət hesab olunub. İkinci və üçüncü yerləri Qətərin “Qatar Airways” və Tarvanın “EVA Air” şirkətləri bölüşüb.

Siyahının növbəti sıralamasında BƏƏ-nin “Emirates” və Yaponiyanın “Japan Airlines” şirkətləri ilk beşliyi tamamlayıb. ABŞ-ın “Southwest Airlines”, Braziliyanın “Azul”, Yeni Zelandiyanın “Air New Zealand” aviaşirkətləri, Böyük Britaniyanın ucuz biletlər portalı “Jet2.com” və Yaponiyanın “All Nippon Airways” şirkəti də ilk onluğa daxil olub.

Bununla yanaşı, sərnişinlərin fikrinə görə, “Emirates” şirkəti ən yaxşı birinci sinif, “Qatar Airways” şirkəti ən yaxşı biznes sinif, “Air New Zealand” və “Singapore Airlines” şirkətləri isə ən yaxşı premium-ekonom və ekonom siniflər təklif edib./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26