Interposta.Info

Bakıda daha bir yol çökdü - Fotolar + Video

Ölkə
 23-09-2018, 19:37     10 332

Bakıda Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısındakı yolda çökmə hadisəsi baş verib

Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Bakıya yağan güclü yağış nəticəsində bu ərazidə səki ilə yolun arasında yerləşən kanalizasiya quyusuna su sızıntısı olub.

“Hadisə zamanı yolun altındakı torpaq qatı yuyulub, 2 kvadrat metrlik məsafədə çöküntü qeydə alınıb. Asfalt-beton örtük qismən çöküb. Hazırda bizim əməkdaşlar və “Azərsu” ASC-nin işçiləri əraziyə baxış keçirirlər. Problem yaxın 1 saat ərzində aradan qaldırılacaq”, - deyə qurum rəsmisi qeyd edib.

XeberBiz,az


Bakıda daha bir yol çökdü - Fotolar + Video
Bakıda daha bir yol çökdü - Fotolar + VideoBakıda daha bir yol çökdü - Fotolar + Video

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26