Interposta.Info

Bakıda çökmüş yolun altında gizli tunel aşkarlandı -

Ölkə
 15-07-2018, 21:38     10 521

Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində məlumat paylaşıb.

“Ehtimal olunur ki, bu ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək”, - deyə Nəcəfli bildirib.

interposta.info


Bakıda çökmüş yolun altında gizli tunel aşkarlandı -
Bakıda çökmüş yolun altında gizli tunel aşkarlandı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26