Interposta.Info

Xırdalan şəhər 2 saylı orta məktəbdə şərəf lövhəsi 20 manata satılır - Valideyndən iddia

Ölkə
 17-09-2018, 12:38     11 698

Valideyn Zülfüqar Süleymanov Xırdalan şəhər 2 saylı tam orta məktəbdə şərəf lövhəsi üçün pul yığıldığını iddia edib.

Bu barədə sosial şəbəkədə paylaşım edən Z. Süleymanov 20 manat ödəmədiyi üçün övladının şəklinin şərəf lövhəsinə vurulmadığını qeyd edib:

"Bu Şərəf lövhəsində Uğurumun da şəkli olmalı idi. Lakin bunun üçün 20 manat ödəməli olduğuma görə imtina etdim (pula görə yox). Şərəf lövhəsinin də pul ilə satılması şərəfsizliyin təməlidir”./qlobal.az

interposta.info

Xırdalan şəhər 2 saylı orta məktəbdə şərəf lövhəsi 20 manata satılır - Valideyndən iddia

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26