Interposta.Info

“Ata, səhərdən səni gözləyirdim, üşüyürəm” – Salyanda güllələnən gəncin SON SÖZLƏRİ – VİDEO

Ölkə
 14-09-2018, 18:22     10 461

Salyan sakininin həmkəndlisini güllələyərək qətlə yetirməsi ilə bağlı təfərrüatlar məlum olub.

ARB TV xəbər verir ki, hadisə bir neçə gün öncə günorta saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində qeydə alınıb. Kənd sakini Elgün Səmədzadə həmkəndlisi, 28 yaşlı Rüfət Bağırovu ov tüfəngi ilə vuraraq qətlə yetirib.

Hadisənin təfərrüatını öyrənmək məqsədilə ARB TV-nin çəkiliş qrupu həmin kəndə, Bağırovlar ailəsinə baş çəkib. Araşdırma zamanı məlum olub ki, onlar hadisədən bir gün əvvəl axşam saatlarında Salyan şəhərindəki şadlıq saraylarının birində həmkəndlilərinin oğlunun kiçik toy məclisində bir masa arxasında oturublar. Ertəsi gün sürücü işləyən Rüfət Bağırov “GAZel” markalı yük maşını ilə Salyan şəhərinə gedib. Rüfət Bağırov təxminən saat 16 radələrində evə qayıdıb. Bir qədər dincəldikdən sonra Elgüngilə getməyi qərara alıb. Elə bu zaman telefonuna zəng gəlib. Zəng edən Elgünün dayısı Qədim adlı olub. O Rüfətdən buğda aparmasını xahiş edib.

Əlisəftər Məmmədov – Rüfətin dayısı: “Bu durub geyinib getmək istəyəndə atası deyib ki, hara gedirsən? Deyib, Elgün başımı xarab edib, gedim, dən var, aparım çəkdirim. Sonra da gedib”.

Deyilənə görə, Rüfət Bağırov idarə etdiyi “GAZel” markalı yük maşınını evin həyətinə sürüb. Elə hadisə də maşını saxlayıb arxa hissəsini açarkən baş verib.

Əlisəftər Məmmədov – Rüfətin dayısı: “10 dəqiqə keçmədi, hay-haray gəldi. Vuranın qonşusunun oğlu qaça-qaça gəlib ki, Elgün Rüfəti güllə ilə vurdu. Elə vurub ki, çənəsi çıxıb”.

Yaralı Rüfət Bağırovun həyatını xilas etmək üçün doğmaları onu hadisə yerindən götürüb Salyan RMX-yə üz tutublar.

Əlisəftər Məmmədov – Rüfətin dayısı: “Maşına minib kəndin o başına gediblər, körpünü keçib onu götürənə qədər külli miqdarda qan itirib”.

Əlisəftər Məmmədov hadisə zamanı yarımcan vəziyyətdə olan Rüfətin öz atasına dediklərini güclə kamera qarşısında təkrarlayıb: ““Ata, səhərdən səni gözləyirdim, üşüyürəm” dedi, yolda keçindi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26