Interposta.Info

Bir gündə ölkədə 116 cinayət faktı qeydə alınıb

Ölkə
 8-09-2018, 12:13     10 364

Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən "XeberBiz"-ə verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26