Interposta.Info

Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı

Ölkə
 25-08-2018, 14:43     10 419

Bakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb.

"XeberBiz" minval.info-ya istinadən xəbər verir ki, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.

Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovun kadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.

Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı

Sitarə Cabbarlı barəsində yerli KİV-də yetərincə şikayətlər dərc edilib. Məlumata görə, hər iki şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb onlar haqqında sakinlərin onlarla şikayət məktubu yazmasıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26