Xaləddin İsgəndərov vəzifədən çıxarılır? - Açıqlama
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a rayon icra hakimiyyətindən bəzi media qurumlarında X.İsgəndərovun vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildiriblər.
İcra hakimiyyətindən verilən məlumata görə, icra başçısı hazırda iş başındadır:
“Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılmasından söz belə gedə bilməz. Bu, Prezidentin sərəncamı ilə gerçəkləşir. Hazırda icra başçısı vəzifəsini davam etdirir”.
Qeyd edək ki, bəzi KİV-lərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifədən çıxarılacağı, artıq X.İsgəndərovun işə çıxmadığı barədə qeyri-səhih məlumat yayılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26