Heyvan sevgisi həyatını ömürlük qaraltdı –
48 yaşlı Qreq Manteful səhhətinin pisləşməsi səbəbilə təcili xəstəxanaya aparılıb.
Minval.info xəbər verir ki, həkimlər Qreq Mantefulun əyaqlarını əməliyyatla amputasiya etməli olublar.
Onları buna məcbur edən isə Qreqin ayağında infeksiyanın yayılması olub.
O, son bir ayda qızdırmalı və xəstə olmasına fikir verməyib və nəticədə ayaqları amputasiya edilib.
Həkimlər infeksiyanın itin onun ayağını yalaması nəticəsində keçməsini müəyyən ediblər.
Xəstədən alınmış qan nümunəsində itlərin və pişiklərin tüpürcəklərində olan “capnocytophaga canimorsus” infeksiyasının olduğu müəyyən edilib. Bu infeksiyanın insan üçün təhlükəli olmadığı məlumdur. Lakin Qreqin İmmun sisteminin çox zəif olması səbəbilə ifeksiyanın ağırlaşdığı bildirilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26