Interposta.Info

Dünyada ilk dəfə:

Müxtəlif
 27-01-2017, 20:20     647

Dünyada ilk dəfə:

Kanadalı həkimlər dünyada ilk dəfə ağciyərini zədələyən ağır xəstəlikdən əziyyət çəkən pasiyent üzərində unikal cərrahiyyə əməliyyatı aparıblar.

İnfeksiyanın öhdəsindən gələ bilməyən və donor orqan tapmayan həkimlər radikal addım ataraq, xəstənin zədələnmiş ağciyərinı tamamilə kəsib götürmək qərarına gəliblər.

Otuz iki yaşlı qadın 6 gün süni koma vəziyyətində olub. Bu müddət ərzində onun ağciyəri funksiyasını qanı oksigenlə zənginləşdirən və karbonu kənarlaşdıran texnika yerinə yetirib. Sonra donor orqan tapılıb və həkimlər uğurlu transplantasiya əməliyyatı aparıblar.

Hazırda pasiyent sağalmaq üzrədir. Onu daha bir köçürülmə əməliyyatı gözləyir, çünki xəstəlik böyrəklərini də sıradan çıxarıb. Amma bu dəfə donor tez tapılıb və bir neçə aydan sonra əməliyyat aparmaq planlaşdırılıb./Axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26