Interposta.Info

Azərbaycanda şok - Ölülərdən icazəsiz donor kimi istifadə edilir

Gündəm
 30-06-2017, 15:15     644

Azərbaycanda oftalmoloqlarla morqların şok qanun pozuntusuna səbəb olan işbirliyi ilə bağlı məlumat yayılıb.

interposta.info
xəbər verir ki, modern.az saytının yaydığı məlumata görə, bir sıra məşhur oftalmoloqlar qanunla qadağan olunmasına baxmayaraq, morqlarla sövdələşməyə giriblər. Həkimlər yaxınlarının icazəsi olmadan, onlardan gizlin ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olurlar.

Hətta bu "donor”lar vasitəsilə bir neçə xəstəni əməliyyat da ediblər.

Xatırladaq ki, keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

Bu əməliyyat Azərbaycanda 2003-cü ildən 2011-ci ilə qədər həyata keçirilib. 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib. Son illər isə bu sahədəki ən böyük problem buynuz qişanın əldə edilməsi üçün donor tapılması ilə bağlıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26