Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir (SİYAHI)
Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı məlum olub.
"Report"un məlumatına görə, hazırda ölkədə 14 tibb müəssisəsinə bununla bağlı icazə verilib.
Həmin xəstəxanaların siyahısını təqdim edirik:
1. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası
böyrəklər
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası
3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı
qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi
4. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
gözün buynuz qişası
5. Mərkəzi Neftçilər Xəstəxanası
qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası
6. "Mərkəzi Klinika” MMC
böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
7. Respublika Müalicəvi Diaqnostika Mərkəzi
ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
8. Milli Hematologiya və Transfuziologiya Mərkəzi
sümük iliyi
9. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası
qaraciyər, böyrəklər
10. "Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC
böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
11. "Dünya Göz Azərbaycan” MMC
gözün buynuz qişası
12. Bakı Sağlamlıq Mərkəzi
qaraciyər, ağciyər, böyrəklər
13. Baku Medical Plaza
ağciyər
14. Bona Dea Beynəlxalq Xəstəxanası
ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası
Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən ölkədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26