Interposta.Info

Qobustanda dəhşətli qəza - Maşın yoldan 60 metr kənara düşdü, yaralananlar var/

Ölkə
 28-07-2018, 14:16     10 406

Bakı-Astara yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

BakuPost xəbər verir ki, Bakı istiqamətində hərəkət edən 90 EE 086 dövlət nömrə nişanlı "Toyota Land Cruiser” markalı avtomobil Qobustan rayonu ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində yoldan təxminən 60 metr kənara düşüb və aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan qadın ağır yaralanıb.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb yüksək sürət və ön şinin partlaması olub.

Avtomobil tamamilə yararsız hala düşüb.

interposta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26