Interposta.Info

3 uşaq anasıdır, heç birinin üzünü görməyib -

Ölkə
 27-07-2018, 15:30     10 495

Yumurta donoru olan gənc qızın hekayəsi

Türkiyədə universitet tələbəsi olan Dilara K. uşağı olmayan cütlüklər üçün yumurtalarını vermək üçün sistemli olaraq Şimali Kiprə gedir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə qadağan olunan bu sistem üçün Lefkoşaya gedən Dilara bunun qarşılığında 1500-3000 manat məbləğində pul alır.

“Dünyada 3 uşağım var və mən onların heç birini tanımıram”. Bu sözlər də Dilara K.’ya aiddir.İki aydan bir yumurtalarını əməliyyatla ŞKTR-də tüp bəbək mərkəzinə bağışlayır. Türkiyədə yasaq olan bu sistem ŞKTR-də bağışlamaq yolu ilə sərbəstdir. Amma Dilara bunu qarşılıqsız yox, qazanc üçün edir. Bundan pul qazanmaq qadağan olsa da, bundan öncə 3 dəfə təkrarladığı bu proseduru həyata keçirmək üçün ŞKTR-ə gedəndə Dilaranı Türkiyənin “Hürriyyet” qəzetinin əməkdaşları müşayiət edib.

Kiprdə bəzi tüp bəbək mərkəzləri 18-28 yaş arasındakı gənc qızların yumurtalıqlarını1500-3000 manat arasında dəyişən qiymətlərlə satın alırlar. Amma mərkəzlər uşaq sahibi olmaq istəyənlərə bunu 4500-6000 avroya satırlar. Satış rəqəmləri də internet vasitəsilə açıq şəkildə elan edilir.

Gizlilik içində həyata keçirilir

ŞKTR-də bu məsələni pul qarşılığında həyata keçirmək qadağandır. Bu səbəbdən də tüp bəbək mərkəzləri donora “Könüllü bağışlama bəyanatı” imzaladırlar. Bu bəyanatda aşağıdakılar yer alır: “Çoxalmağa yardımçı olmaq məqsədi ilə heç bir maddi və mənəvi qarşılıq gözləmədən yumurtalarımı ata namizədin spermləri ilə bədən xaricində döllənərək ana namizədinin rəhminə transferi məqsədilə ilə könüllü olaraq bağışlayıram. Gələcəkdə yumurtalarımdan doğacaq uşaqlar üzərində heç bir şəkildə analıq iddia etməyəcəyimi bəyan edirəm”.

Dilara K. da keçən ilin noyabrdan bu yana yumurtalıq donorluğu ilə məşğuldur. Daha öncə 3 dəfə verdiyi yumurtalarını dördüncü dəfə vermək üçün getdiyi Kiprə gedəndə sanki sıradan bir iş həyata keçirir. Prosedur üçün günlər öncəsində dərmandan istifadə etməyə başlayıb: “İstanbulda yönləndirdikləri klinikaya gedib, təhlillərdən keçirsən. Onlar qarşı tərəfə müsbət və ya mənfi olmaq üzrə cavablar verirlər. Sonra kuryer ilə evimə dərman qutuları göndərdilər. Telefonda iynələri necə vurmam lazım olduğunu təsvir edirlər. 10-12 gün göbək altından iynə vurulur. 6 gün boyunca eyni klinikaya təkrar müayinəyə getdim. Kiprə getməzdən 2 gün öncə “çatlatma iynələri” adlandırılan iynələri vurdurdum. Təyyarə biletimi elektron poçtla göndərdilər”.

Dilara əməliyyat barədə isə aşağıdakıları deyir: “Axşamdan qan aldılar. Yemək-içmək qadağan olunur. Səhər əməliyyata götürdülər. Narkoz veriləndən təxminən 30 dəqiqə sonra özümə gəlirəm. 20 dəqiqə davam edir”.

Şəxsi sürücü donorları aeroportdan götürür

Ercan hava limanının çıxış qapısında şirkətin göndərdiyi özəl sürücü onu gözləyir. Tək donor Dilara deyil. Təyyarədən enəcək bir başqa gənc qızı da gözləyirlər. O da gələndə bir yerdə VİP maşına minib, xəstəxanaya doğru yola çıxırlar: “Əməliyyatın gizlilik içində qalacağı, əsla analıq iddiasında olmayacağım və bunun üçün müəyyən məbləğ qarşılığında yox, öz razılığımla yumurtalarımı verməyimlə bağlı bir sənəd imzalatdılar. İş bitəndə zərf içində də pulumu verdilər.

“O uşaqları görsəm, ayrılmaya bilərəm”

Dilaranın tək bəhanəsi puldur: “Pula ehtiyacım var. Ailəmdən ayrı yaşayıram. Maddi durumum yaxşı olsa, təbii ki, yumurtalarımı vermərəm. Əslində çətin və sancılı bir dönəmdir. 3 uşağım var, amma heç birini tanımıram. Maraqlıdır, görəsən, mənə bənzəyirlərmi? Birinci uşaq dünyaya gəlib. Digər ikisi isə analarının bətnindədir. Əslində o uşaqlarla maraqlanmamalıyam. Amma yenə də “qızdırmı, oğlandırmı” deyə maraqlanıram. Görsəm, bəlkə də dayana bilməz və onları qucaqlayaram. Verdiyim ailə türksə və bir yerdə qarşılaşsam deyə narahatlıq keçirirəm. Boyumu və çəkimi dəqiq göstərən makiyajsız şəkillərimi istəyirlər. Hesab edirəm ki, ailələrə göstərirlər. Fiziki göstəricilərim yüksək olduğu üçün digər qızlardan daha yüksək məbləğdə pul alıram”.

Diqqət! Ciddi risklər var

Həkimlər yumurta donorluğu öncəsində donorlara karqo ilə göndərilən, 10-12 gün boyunca bədənlərinə inyeksiya etdirilməli olan dərmanların riskli olduğunu qeyd edir. Bu prosedurun yan təsirləri də həkim nəzarəti xaricində qalır. Lazımi yoxlamalardan keçilmədən güclü iynələr vurulur. Yumurtaların toplanması proseduru öncəsi anesteziyanın kimlər tərəfindən verilməsi də çox önəmlidir. Bu, həyati risklərə yol aça bilər. İki aydan bir həyata keçirilən yumurta toplama prosedurlarından sonra ağrılı bir dönəm başlanır. Həkimlər bu intervalın başqa fiziki və psixoloji problemlərə də yol aça biləcəyini və toplama proseduru mütəxəssislər tərəfindən həyata keçirilməsə, qalıcı zərərlərə səbəb olacağını deyirlər.

interposta.info

3 uşaq anasıdır, heç birinin üzünü görməyib -
3 uşaq anasıdır, heç birinin üzünü görməyib -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26