Türkiyədə kişilərin saçlarını qara rəngə boyamalarına qadağa qoyuldu
Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.
Daily News nəşrinin məlumatına görə, müvafiq fətvanı Türkiyə Diyanət İşləri İdarəsi verib.
“Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”, - fətvada bildirilir.
Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır.
Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26