Interposta.Info

Xaçmazda itkin düşən uşağı oğurlayıbmışlar (AÇIQLAMA)

Ölkə
 24-07-2018, 17:28     10 568

Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.

Bu fikirləri ölkə.az-a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".

M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:
"Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır".

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

interposta.info

Xaçmazda itkin düşən uşağı oğurlayıbmışlar (AÇIQLAMA)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26