Interposta.Info

Bakıda mikroavtobus yük maşınına çırpıldı - Çox sayda yaralı var

Ölkə
 20-07-2018, 10:23     10 354

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib.

"XeberBiz" Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.

interposta.info bildirir ki, faktla bağlı araşdırmalara başlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26