Interposta.Info

Azərbaycanlı iş adamı Antalyada ölü vəziyyətdə tapıldı

Ölkə
 27-06-2018, 13:24     10 427

Antalyada azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında ölü vəziyyətdə tapılıb. Mərhumu şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar ediblər.

Bölgəyə bağlı yeni məhəllədə fevral ayından bu günə qədər təkbaşına yaşayan azərbaycanlı Məcid Nuxiyevdən xəbər ala bilməyən ev sahibi, dünən saat 16.00 radələrində evə gedib. Ev sahibi qapının açılmaması və evdən gələn ağır qoxudan narahat olaraq polisə xəbər verib. Evə gələn polislər usta çağıraraq qapını açdırıb, ardınca evə giriblər. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında, elektrik naqili ilə boynunda asılı vəziyyətdə tapılıb. Aparılan ilkin araşdırma nəticəsində onun 5-6 gün öncə öldüyü təxmin edildi. Mərhumun meyidi Antalyada tibbi ekspertizaya göndərilib. Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.

Musavat.com-un məlumatına görə, Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayırmış və burada Azərbaycan diasporunun rəhbəri olub.

interposta.info

Azərbaycanlı iş adamı Antalyada ölü vəziyyətdə tapıldı
Azərbaycanlı iş adamı Antalyada ölü vəziyyətdə tapıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26