Interposta.Info

"Mənə dedi ki, səndən bir kişi kimi həzz almıram"- 33 illik arvadını öldürüb

Ölkə
 21-06-2018, 12:31     10 453

Arvadını öldürən şəxsin məhkəməsində mübahisə düşüb. Təqsirləndirilən şəxsin ifadəsi mərhumun yaxınlarını qəzəbləndirib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə Rasim Çərtikov 33 il birlikdə yaşadığı arvadı Arifə Çərtikovanı aralarında yaranmış mübahisə zəminində qətlə yetirib.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Məhkəməə Rasim Çərtikova sərbəst ifadə verməyi təklif edib.

O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü söyləyib.

Deyib ki, arvadı öz istəyi ilə dayəlik işinə başlayıb: "İki ay onu işə özüm apardım. Amma onun işləməsinə razı deyildim. Sonra Aytən gecə növbəsinə keçmək istədi. Buna görə də aramızda mübahisə düşdü, Arifə küsüb atasının evinə getdi".

Çərtikov xanımı isə barışığa cəhd etdiyini qeyd edib:

"Onun iş yerinə getdim. Aytənin işdən çıxmasını istədim. Sonra qaynanamgilə gedib, onu evə gətirdim. Aytənlə razılaşdıq ki, ancaq gündüz növbəsində işləsin. Əvvəl bu qaydada çalışdı, lakin sonradan fikrini dəyişdi. Aytən Türkiyəyə getdi. Amma bunu məndən gizlətdilər. Bundan sonra içimdə şübhələr yarandı. Arifəyə evi satıb, Rusiyaya getmək istədiyimi dedim. O, razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonrası günün gecəsi onu işdən götürdüm. Yenidən Rusiyaya getmək məsələsini danışdıq. Bunu istəmədiyini bildirdi. Mən də buna əsəbiləşdim".

R.Çərtikov ifadəsində 23 il ailəsi ilə birgə Yesentuki, Kislovodskdə və digər şəhərlərdə yaşadıqlarını, son iki ildə Azərbaycana gəldiklərini deyib.

Çərtikov arvadını öldürmək niyyətinin olmadığını söyləyib:

"Mənə dedi ki, səndən bir kişi kimi həzz almıram. Bu məni çox əsəbləşdirdi. Sonra Aytən dedi ki, öldürsən də işdən çıxıb Rusiyaya getməyəcəm. Rusiyaya getmək istəməyimizi kürəkənim, qızım da bilirdi. Oğlum taksi şirkətində işləyirdi. Kürəkənim də deyirdi ki, gedin Rusiyada yaşayın. Bircə arvadımı yola gətirə bilmirdim. Onun bu hərəkətləri qüruruma toxunurdu. Deyirdim ki, Arifə, axı bir de görüm sənə nə olub? Niyə bu qədər dəyişmisən?".

Təqsirləndirilən şəxsin bu ifadəsi mərhumun ailə üzvlərini qəzəbləndirib. Məhkəmə zalında gərginlik yaranıb. Prosesdə fasilə elan edilib və nəzarətçilər tərəfləri sakitləşdirib.

Hakim tərəfləri sakitləşdirib: "O yalan da danışa bilər, düzgün ifadə də verməyə bilər. Kimə pis təsir edirsə, çölə çıxsın. Nə qədər çətin olsa da məhkəmədə kiminsə təhqir olunmasına yol verilməyəcək".

Qeyd edək ki, R.Çərtikov həyat yoldaşını öldürüyünə görə ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və daha bir neçə maddələrlə ittiham irəli sürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26