Interposta.Info

Məhkəmə salonundan: Fransada təhsil alan şəxs Bakıda niyə qatil oldu?

Ölkə
 16-06-2017, 12:59     719

Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olib ki, ali təhsilli Zakir Məmmədov 1984-cü ildə Bakıda anadan olub. 1 uşaq atası olan Məmmədov Fransada ali təhsil alıb.

Zərərçəkmişin hüquqi varisi kimi mərhumun qardaşı Fazil Hüseynov tanınıb.

Qətl hadisəsi bu ilin fevralın 5-də baş verib. 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Məlum olub ki, Firudin Hüseynov həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib.

Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

Qətli törətməkdə təqdirli bilinən X.Məmmədov həbs edilib. İstintaq araşdırması zamanı Zakir Məmmədovum vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən edilib.

O, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub. Z.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir./musavat.com

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26