Interposta.Info

Dünyanın ən şanslı adamı:

Ölkə
 7-06-2018, 14:22     10 477

Fransada 2016-cı ildə lotereyadan 1 milyon avro qazanan şəxs yenidən qalib olub.

Qaynarinfo xəbər verir ki, 2 il əvvəl qalib olandan sonra hər həftə "Mənim milyonum" adlı lotereyada iştirak etməyə davam edən şəxs yenidən 1 milyon avroya sahib çıxıb.

Fransız mediasına görə, həmin şəxs "Hamının 3 dəfə qalib olmaq haqqı var" deyərək lotereyada oynamağa davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, ötən ay Avstraliyada da oxşar hadisə baş vermiş, eyni şəxs 1 həftədə 2 dəfə 1 milyon dollara sahib çıxmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26