Interposta.Info

Rusiyada azərbaycanlı diaspor sədrinin Ticarət Mərkəzini və restoranını bağladılar -

Ölkə
 7-06-2018, 12:16     10 571

Rusiyanın Yekaterinburq şəhərində yerləşən "Baku Plaza" Ticarət Mərkəzi yerli məhkəmənin qərarıyla bağlanıb.

Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, qərara səbəb Ticarət Mərkəzinin yanğın təhlükəsizliyi şərtlərinə cavab verməməsidir.

Obyekti yoxlayan mütəxəssislərin fikrincə "Baku Plaza" bundan sonrakı istismar üçün heç bir tələbə cavab vermir. "Baku Plaza"nın qapılarını möhürləyən məhkəmə icraçıları orada çalışan sahibkarlara xəbərdarlıq ediblər ki, əgər kimsə dükanını və ya digər obyektini açsa, sərt cəzalandırılacaq.

Xatırladaq ki, şəhərin mərkəzindəki Sulimov küçəsində yerləşən "Baku Plaza" Azərbaycan diasporasının sədri, iş adamı Şahin Şıxlinskiyə məxsusdur. Bir neçə gün əvvəl Yekaterinburqda ona məxsus və şəhərin ən böyük restoranlarından olan “Kaspi” də bağlanmışdı.

interposta.info

Rusiyada azərbaycanlı diaspor sədrinin Ticarət Mərkəzini və restoranını bağladılar -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26