Bakıda“AFEN Plaza”da güclü yanğın -

Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza”da güclü yanğın hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, yanğın binanın 6-cı mərtəbəsində başlayıb. Daha sonra ətrafa yayılmağa başlayıb.
Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının söndürülməsi üçün işlər aparılır.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Əlavə olaraq bildirək ki, “Qafqazinfo” xəbər portalının ofisi də “AFEN Plaza”da yerləşir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26