Azər Qasımlı 30 sutka saxlandı

Bu gün Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində inzibati həbs seçilib.
APA-nın xəbərinə görə, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26