Amnistiya olacaq

Milli Məclisə rəsmi müraciət daxil oldu
Milli Məclisə Amnistiya Aktının qəbul edilməsi ilə bağlı rəsmi müraciət daxil olub.
Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.
Qeyd edək ki,Azərbaycanda indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26