Interposta.Info

Polis yoldaşını bıçaqlayan məmur oğluna cinayət işi açılıb

Ölkə
 10-05-2018, 15:42     10 392

İş yoldaşını bıçaqlayan şöbəsi müdirinin oğlu polis orqanlarından qovuldu və cinayət işi açıldı

Bir müddət öncə xidməti vəzifəsini yerinə yetirərkən iş yoldaşını bıçaqlayan Beyləqan DYP-nin işçisi Tural Əliyev polis orqanlarından qovulub.Bu barədə MilliYol-a daxil olan məlumatda vurğulanır ki, xidməti vəzifəsini yerinə yetirərkən, aralarında baş vermiş söz-söhbətə görə DYP-nin işçisi Namiq Zeynalova bıçaqla zərbə endirən Beyləqan Təhsil Şöbəsi müdiri Xuraman Rüstəmovanın oğlu Tural Əliyevlə bağlı məsələyə son qoyulub. Belə ki, iş yoldaşını bıçaqlayan Tural Əliyev bir neçə gün öncə polis orqanları sıralarından qovulub.

Məlumata görə hadisədən baş verdikdən sonra məsələni araşdırmaq üçün Beyləqan rayon Polis idarəsinə Daxili İşlər Nazirliyindən gələn yoxlama heyyəti apardıqları araşdırmada Təhsil şöbəsi müdirinin oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu həqiqətəndə bıçaqlanmasının üstünü açıblar. Məlumata görə rayon təhsil şöbəis müdiri Xuraman Rüstəmova oğlunu polis orqanlarından xaric edilməsinin qarşısını almağa çalışsa da buna nail ola bilməyib. Hətta Beyləqan icra başçısı Vaqif Abdullayevdə Tural Əliyevin polis sistemində qalması üçün hərəkətə keçsə də, DİN rəsmiləri ədalətli qərar verərək günahkarı cəzalandırıb.

Polis yoldaşını bıçaqlayan məmur oğluna cinayət işi açılıb

Saytımıza daxil olan məlumatda vurğulanır ki, Tural Əliyevin polis orqanlarından qovulmasının əsas səbəbi zərəçəkmiş (yəni biçaqlanmış) Namiq Zeynalovun şikayətçi olması ilə bağlıdır. Hətta təhsil şöbəsi müdirinin oğluna etdiyi cinayət əməlinə görə cinayət işinində açıldığı bildirilir.

Beyləqandan saytımıza daxil olan məlumata görə Vaqif Abdullayev bu məsələ ilə bağlı Bakıda bir neçə adama müraciət edib. Lakin buna baxmayaraq, Daxili İşlər Nazirliyi Tural Əliyevin polis orqanlarından qovulması və haqqında cinayət işinin açılmasında israrçı olub.

Polis yoldaşını bıçaqlayan məmur oğluna cinayət işi açılıb

Qeyd edək ki, Beyləqanın icra başçısı Vaqif Abdullayev bir neçə dəfə rayon aktivləri ilə iclasda ondan sonra Beyləqanın icra başçısı vəzifəsinə Beyləqan Təhsil Şöbəsi müdiri Xuraman Rüstəmovanın gətiriləcəyini bildirib. Bir icra başçısının özündən sonra kimin icra başçısı olması ilə bağlı iclaslarda danışması isə maraqlı məsələdir...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./MilliYol.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26