Beyləqan Polis şöbəsindən Daxili İşlər Naziri Vilayət Eyvazova şikayət
Vətəndaş Beyləqan rayon Polis şöbəsindən Daxili İşlər Nazir Vilayət Eyvazova şikayət ünvanlayıb.
Laçın rayon Vağazin kəndindən məcburi köçkün, hal-hazırda Bakı şəhər Binəqədi rayon Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 5-də yaşayan Qasımov Zöhrab Əkbər oğlunun İnterPosta.infoya ünvanladığı şikayəti olduğu kimi təqdim edirik:
Hörmətli Nazir!
Bundan öncə sizə dəfələrlə eyni mövzuda müraciət etmişəm və 102 xidməti vastəsi ilə Daxili İşlər Nazirliyinə şikayət ünvanlamışam.
Amma buna baxmayaraq mənim şikayətimə baxılmayıb!
“Aqrolizinq” ASC-dən lizinq yolu ilə 2012-ci ildə götürdüyüm Az 10 R 701 dövlət nömürə nişanlı Traktor, bir ədət kotan və bir ədət Asma Çiləyici texnikası “Aqrolizinq” ASC əməkdaşı Əzimov Əli Cavanşir oğlu vəzifəsindən sui istifadə edərək mənimsəməsi haqqında müraciət etmişəm.
Daxili İşlər Nazirliyinin İstintaq şöbəsi ilə əlaqə saxlamışam onlar bildirdilər ki, texnika Beyləqan rayon ərazisində tapıldığına görə, sizin şikayəti Beyləqan rayon Polis Şöbəsinə göndərmişik.
Beyləqan rayon Polis Şöbəsi ilə dəfələrlə əlaqə saxlamışam, şöbədən mənə bildirdilər ki, sizin şikayətiniz bizə göndərməyiblər.
Halbu ki, Daxili İşlər Nazirliyinin İstintaq şöbəsində mənə bildiriblər ki, axırıncı dəfə baxılması üçün 17 dekabr 2020-ci ildə şikayətiniz Beyləqan rayon Polis şöbəsinə göndərilib.
Hörmətli Nazir!
Əzimov Əli Cavanşir oğlu Beyləqan rayonundan olduğu üçün Beyləqan rayon Polis Şöbəsi cinayət işin obyektiv araşdırmır; dövlət əmlakının mənimsənilməsi və vətəndaşa dəymiş zərərin ödənilməsi haqqında heç bir araşdırma aparılmır.
Sizdən xahiş edirəm ki, mənim şikayətimi və cinayət işinin qərəzli aparılmasını nəzərə alaraq cinayət işinin Ağcabədi rayon Polis Şöbəsinə alıb verilməsinə və cinayət işinin obyektiv aparılmasına köməklik edəsiniz.
Beyləqan rayon Polis Şöbəsində cinayət işi davam etdirilsə heç bir nəticə olmayacaq və cinayətgar cəzası qalacaq!
Vətəndaş Qasımov Zöhrabla əlaqə: 050 644 33 73
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26