Nazir təyin edilən Muxtar Babayevin yerinə təyinat oldu

Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub.
"XeberBiz" xeberle.com-a istinadən xəbər verir ki, millət vəkili Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur.
İ. Arzumanzadə daha öncə "Azərikimya" İB-nin icraçı direktorunun müavini olub və 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, "Azərikimya" İB-nin Müşahidə Şurasının əvvəlki sədri, millət vəkili Muxtar Babayev isə prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və təbii sərvətlər naziri təyin olununb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26