Interposta.Info

Azərbaycanda vəzifəli şəxs 36 yaşında vəfat etdi
 

Ölkə
 10-11-2021, 12:09     307

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vəfat edib.

"İnterPosta" xəbər verir ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli dünyasını dəyişib.

Qeyd edək ki, O.Məhərrəmli 1985-ci ilin dekabrın 6-da anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə "Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ "Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ "Azərikimya” İB kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ "Azərikimya” İB, Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifəsində işləyib.

2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26