Interposta.Info

Yeni “Qaçqınkom” sədri vəd verdi: "Artıq bu məsələlər öz həllini tapıb"

Ölkə
 22-04-2018, 21:11     10 344

"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, prezidentin etimadını doğruldum”.

"XeberBiz" xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev söyləyib.

Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə aydınlıq gətirən yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər:

"Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26