Interposta.Info

Ərəblər saatda 515 km "uçan" 5007 at gücündəki hiperavtomobili göstərdi -

Ölkə
 18-04-2018, 19:31     10 429

Dubay şirkəti "Devel Motors" 5007 at gücündə olan hiperavtomobil Devel Sixteenin sürətini göstərən video paylaşıb.

Qısa metrajlı filmdə göstərilir ki, mühərrikin cəmi 20%-i istifadə olunub. 2008-ci ildən hazırlığı görülən Devel Sixteen 2013-cü ildə Dubayda beynəlxalq avtoşouda debüt edib.

2017-də elə həmin sərgidə avtomobilin satış variantı nümayiş olunub. Avtomobil nadir rastlanan Amerika şirkəti Steve Morris Engines tərəfindən istehsal olunan, dörd turbinli, 12,3 litrlik V16 mühərriklə təchiz olunub. Bu motor imkan verir ki, avtomobil 100 km/saat sürəti 1,8 saniyəyə yığsın, həm də maksimal sürəti saatda 515 km-dir.

Devel Sixteen-n ərsəyə gəlməsində Manifattura Automobili Torino studiyası da iştirak edib.Bu studiyada amerikalı multimlyoner Ceyms Qlikenhausa məxsus bir neçə azseriyalı - SCG003C и SCG003S Scuderia Cameron Glickenhaus, Apollo Intensa Emozione, eyni zamanda sport avtomobil New Stratos superavtomobil modelləri var./moderator.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26